Baş Prokurorluq və DİN-in idarə rəislərinin İlkin Süleymanovun məhkəməsində dindirilməsi istənilib
Baş Prokurorluq və DİN-in idarə rəislərinin İlkin Süleymanovun məhkəməsində dindirilməsi istənilib
Yusif Nəzərli
09:19 08.12.2022
Cəmiyyət
287
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində iş üçün əhəmiyyət kəsb edən bir sıra sənədlərə baxış keçirilib.
Prosesdə İlkin Süleymanovun vəkilləri Zabil Qəhrəmanov və Əlibaba Rzayev cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.
Vəkil Zabil Qəhrəmanovun sözlərinə görə, cinayət işinin materiallarında göstərilib ki, müstəntiq İlkinin telefonunu tədqiq etmək məqsədilə Arzu Daşdəmirova verib.
Qeyd edilib ki, Nərmin Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanova qarşı sübutlardan biri onun telefonudur. İlkin Süleymanovun telefonunda müxtəlif vaxtlarda “YouTube” şəbəkəsində cizgi filmlərinə, intim xarakterli videolara baxış olduğu iddia olunur.
Vəkillər bildirib ki, İlkin 6 yanvar 2020-ci ildə axşam saat 20:00 radələrində saxlanılıb, o vaxtdan telefonu əlindən alınıb:
“Mümkündür ki, o vaxtdan telefona müxtəlif formada müdaxilələr edilib, müxtəlif sayt və şəbəkələrə daxil olunaraq, saxta sübutlar yaratmağa cəhd göstərilib. 8 yanvarda müstəntiqə ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Kamal Qılıcovun dindirilməsi məsələsinə gəlincə, onun adı il yarımdır ki, bu məhkəmə prosesində hallanır, müstəntiqə və İlkin Süleymanova təzyiq göstərdiyi bildirilir. İlkin Süleymanov özü də, məhkəmədə dindirilən şahidlər də dəfələrlə onun adını çəkiblər”.
Vəsatət açıq saxlanılıb.
Bundan əvvəlki iclasda aparıcı Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatətin isə təmin olunmadığı elan olunub.
Məhkəmə vacib hesab olunan vəsatətləri hazırlamaq üçün vəkillərə 13 gün vaxt verib.
Proses dekabrın 21-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol