
Başqa yol yoxdur: Baş nazirin imzaladığı qərar təhlükələrin önlənməsi məqsədi daşıyır
Yusif Nəzərli
21:16 05.04.2022
Cəmiyyət
932
Elçin Bayramlı: "Qərarı dəstəkləyirəm, amma iaşə obyektlərinin təhlükəsizliyinə cavabdeh qurumlar konkretləşdirilməlidir"
Azərbaycanda “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilib. Bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb. Yeni qərara görə, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı ərizə də təqdim edilməlidir.
Bundan əlavə, həmin qaydalar edilən əlavəyə görə, Enerji Məsələləri Tənzimlənmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib. Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.
Ehtimal edilir ki, məlum dəyişikliyin edilməsinə aprelin 3-ü paytaxta gecə klubunda baş vermiş partlayışın da təsiri var. Partlayışa səbəb gecə klubunda qaz balonundan istifadənin olduğu bildirilir. Qərar “daldan atılan daş” misalını xatırlatsa da, “gec olsun, güc olsun”, məsəli də yerinə düşür. “Qazdan istifadə qaydalarına dəyişiklik” kafe-restoran, gecə klubları, barlarda qeyri-standart qaz cihazlarından istifadənin önünü kəsəcəkmi?

Sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, bürokratiyanın əleyhinə olmasına baxmayaraq, bu qərara müsbət yanaşır:
- Mən adətən sahibkarlara, ümumiyyətlə, vətəndaşlara yaradılan bürokratik əngəllərin həmişə əleyhinəyəm. Çünki yerli-yersiz problemlər yaradırlar.
Lakin təhlükəsizlik məsələlərində, düşünürəm ki, başqa yol yoxdur. Paytaxtda istər iaşə obyektləri, istərsə də yaşayış binaları, mağazalar, marketlər, ticarət köşkləri bir-birinə o qədər sıx yerləşir ki, birində təhlükə yarananda, dərhal ətrafdakılara da sıçrayır. Biz bu cür halları tikinti materialları bazarında, pərakəndə satış bazarlarında da müşahidə etmişik. Yanğın dərhal digər obyektlərə keçir, ətrafdakılar da zərər görür.
Bunun səbəbi odur ki, kim necə gəldi qaz, elektrik xətləri çəkib, necə gəldi istifadə edir, təhlükəsizlik qaydalarına riayət edilmir, standartlar pozulur. Ona görə də Baş nazirin imzaladığı qərar, əslində müsbətdir. Təhlükələrin önlənməsi məqsədi daşıyır. Mən bu qərarı dəstəkləyirəm. Ancaq qərar nəyəsə əsaslanmalıdır. İaşə obyektlərinin təhlükəsizliyinə cavabdeh qurumlar konkretləşdirilməlidir.
Deyək ki, hər hansı obyektdə qaz qurğusundan istifadə edilirsə, onun standartlara uyğun olub-olmadığı “Azəriqaz” tərəfindən yoxlanmalı, fəaliyyətə icazə verilməlidir.
Əgər belə bir icazə yoxdursa və obyektdə hansısa qəza baş veribsə, o zaman biz vətəndaş cəmiyyəti olaraq sahibkarı müdafiə edə bilməyəcəyik. Çünki bu halda günahkar standartlardan kənar obyekt işlədən sahibkar olacaq. Yox əgər “Azəriqaz” obyektdəki qaz cihazlarının işlədilməsinə icazə veribsə, o zaman biz dövlət qurumunu günahlandıra bilərik. Eyni məntiq Fövqəladə Hallar Nazirliyini də əhatə edir.
Hadisə baş veribsə, günahkar mütləq olmalıdır. Qazdan istifadə ciddi məsələdir, cihazlar düzgün quraşdırılmalı, qaz xətləri müntəzəm yoxlanmalıdır. Qayda-qanun olmalıdır, standartlar dəqiq müəyyənləşməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə