Bayrağımızı təhqir edənlər məsuliyyətə cəlb olunmalıdır
Yusif Nəzərli
09:02 26.10.2022
Cəmiyyət
487
Çingiz Qənizadə: “Əgər süpürgə ölkəmizdə istehsal olunubsa, bu, konkret həmin sahibkarın savadsızlıq və qanmazlıq göstəricisidir”
Sosial şəbəkələrdə İsmayıllı rayonunda Azərbaycan bayrağının rəngləri ilə boyanmış süpürgənin satılması tənqidlərə səbəb olub.
İsmayıllı rayonunda yaşayan sakinlərdən biri mağazadan alıb gətirdiyi süpürgəyə diqqət yetirəndə təəccüblənib. Süpürgə Azərbaycan bayrağının rənglərinə uyğun boyanıb. Həmin süpürgənin harada istehsal olunduğu, hansı səbəbdən məhz həmin rənglərdə boyandığı, İsmayıllıda satıldığı mağazaya necə gəlib çıxdığı məlum deyil.
Hüquq-mühafizə orqanları artıq məsələ ilə bağlı araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvan müəyyən olunub. İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, dövlət atributlarının qorunması ilə bağlı qanunvericilikdə müddəalar var. Dövlət bayrağımız da bu atributlardan biridir. Bayrağımızı təhqir edənlər məsuliyyətə cəlb olunmalıdır: “Azərbaycan bayrağının rəngləri ilə boyanmış süpürgənin satmaq vətənpərvərlik göstəricisi deyil. Bayraq rənglərindən paltar tikdirmək, pərdə kimi müxtəlif obyektlərin pəncərəsindən asmaq yolverilməzdir və dövlət atributlarından heç bir halda şou predmeti kimi istifadə etmək olmaz. Əgər süpürgə ölkəmizdə istehsal olunubsa, bu, konkret həmin sahibkarın savadsızlıq və qanmazlıq göstəricisidir. Çox təəssüflər olsun ki, Azərbaycanda istehsala nəzarət aşağı səviyyədədir. Sovet dövründə malların üzərində “keyfiyyət nişanı” olurdu. Bu gün isə kim nə istəyir onu da istehsal edib satışa buraxır. Əgər bu süpürgə ölkəyə hansısa ölkədən idxal olunubsa, burada bayrağımıza qarşı təxribat amili ön plana çıxarılmalıdır. Yox əgər hansısa sahibkar tərəfindən istehsal edilibsə, bunun bilərəkdən olduğunu zənn etmirəm. Dediyim kimi, bu, sadəcə cahillikdir. Hər halda DİN-in araşdırmalarından sonra hər şey bəlli olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə