Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
BDYPİ bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.