Bələdiyyə sistemində fundamental islahatlar aparılmalıdır
Yusif Nəzərli
23:06 19.01.2023
Cəmiyyət
536
"Bəzi bələdiyyə sədrləri vergiləri özbaşına artırır, sahibkara problemlər yaradır"
Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda bələdiyyə sistemi ilə bağlı problemlər də gündəmə gətirilib. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il qarşıya çox ciddi məsələlər qoyulub. Komitə sədri bildirib ki, bununla bağlı yaz sessiyasında komitədə dinləmələr keçiriləcək: “Regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması bilavasitə bizim komitənin səlahiyyətindədir.
Prezident də bu məsələ ilə bağlı qarşıya vəzifələr qoyub. Lazım olan qanunların qəbulu, regional strukturlarda islahatların aparılması üçün bu sessiya çox ciddi iş görməliyik. Nəinki bələdiyyələrin, hətta bələdiyyə üzvlərinin sayı azaldılmalıdır: "Bələdiyyə üzvlərinin hər birinin özünəməxsus tələbi var və onları idarəetmək çətinləşir. Bizdə iqtisadi rayonlar formalaşıb. Gələcəkdə buna uyğun icra hakimiyyətlərinin formalaşması getdikdən sonra bələdiyyələrin də bu cür formalaşmasına başlanılacaq".
"Bizdə bələdiyyələrin sayı Türkiyədəkindən çoxdur, azaldılmalıdır"
Siyavuş Novruzov bələdiyyələrin səlahiyyətinin azaldılmasına da diqqət çəkib: “Yerli vergilərin toplanması da bələdiyyələrdən alınıb. Bunu əsaslandırıblar. Haqlıdırlar ki, bələdiyyələr vergi yığımına ciddi yanaşmır, bu mexanizmi bilən işçilər yoxdur. Amma bu qanun qəbul olunanda deyildi ki, yığılan vergilərdən bələdiyyəyə də ayırmalar olacaq. Amma bunu biz hələ görməmişik. Digər tərəfdən dəfn pulu və doğum pulu artdı. Bələdiyyə ölümlə bağlı qərar qəbul etməsə, şəxs həmin dəfn pulunu ala bilmir. Strukturların islahatı da aparılmalıdır, elektron sistemə keçid edilməlidir. Bunların hər biri ilə bağlı biz bələdiyyələrlə ciddi iclaslar keçirməliyik. Növbəti bələdiyyə seçkilərinə qədər bələdiyyə sistemində fundamental islahatlar aparılmalıdır. Bizdə olan bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı Türkiyədəkindən çoxdur. Regional strukturlar yaranmalıdır ki, bələdiyyələrin də sayı avtomatik tənzimlənsin. Bələdiyyə məktəbləri, uşaq bağçaları açılmalıdır. Kənd bələdiyyələrinin imkanı şəhər bələdiyyələrindən daha çoxdur. Amma bundan lazımi səviyyədə istifadə etmirlər. Ancaq büdcədən ayrılanı dərhal xərcləməyə üstünlük verirlər. Bunların qarşısını alacağıq”.
"Hazırda ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil"
Deputat Kamran Bayramov deyib ki, sənədsiz evlər Azərbaycanda çoxdur, bu da bələdiyyələrin vergi toplamasını əngəlləyir: "Bələdiyyələrlə bağlı durum getdikcə acınacaqlı hal alıb. Bələdiyyələrin statusuna yenidən baxılmalıdır. Prezident İlham Əliyev də son çıxışlarında ölkəmizdə uğurlu idarəetmə modelinin yaradılması ilə bağlı fikirlər söyləyir. Azad edilmiş ərazilərdə Xüsusi Nümayəndəlik, Naxçıvanda yaradılan nümayəndəlik uğurlu təcrübədir. Mən əminəm ki, bu təcrübənin ölkənin bütün ərazisinə şamil edilməsi çox yaxşı olardı. Növbəti bələdiyyə seçkilərinə 2 il qalıb, islahatlar həyata keçirilməsə bələdiyyənin nüfuzu tam itəcək. Digər aidiyyəti qurumların səlahiyyəti artır, bələdiyyələr əks istiqamətdə gedir. Ötən sessiyada biz bələdiyyələrdən bir neçə səlahiyyəti də aldıq. Bu gün bələdiyyələrdə elementar iclas mədəniyyəti yoxdur. Bələdiyyə iclasları ümumiyyətlə keçirilmir”.
Deputat Tahir Rzayev deyib ki, bələdiyyə sədrləri yerlərdə özünü ağa kimi aparır, bələdiyyələr sahibkara problemlər yaradır: "Bəzi bələdiyyə sədrləri qanunvericiliyi bilmir, vergiləri özbaşına artırırlar. Yerlərdə iş həyata keçirmək istəyənlərdən bələdiyyə sədri nəsə umur, müəyyən neqativ yollara gedir. Mənə bələdiyyələrdən çoxlu şikayət gəlir. Bələdiyyə sədri sahibkardan pul istəyir. Bələdiyyənin bu gün vətəndaşla münasibətləri yoxdur. Vergi yığmır, ancaq nəsə ummaqla pul almağa çalışır. Bələdiyyələr ancaq deyirlər ki, maliyyələri yoxdur. Bəzən bundan bəhanə kimi istifadə edirlər”.
"Azad olunmuş ərazilərdə bələdiyyələrlə bağlı dinləmə keçirilə bilər"
Millət vəkili Cavid Osmanov bildirib ki, 1990-cı ildə ilk dəfə olaraq bələdiyyələrin seçilməsi Ulu Öndərin hakimiyyəti dövründə olub. Deputat bununla bağlı dinləmələrin keçirilməsini təklif edib: “Bu dinləmələri azad olmuş ərazilərdə də təşkil edə bilərik”. Komitə sədri Siyavuş Novruzov təklifi dəstəkləyib və bildirib ki, həm parlamentdə, həm də azad olmuş ərazilərdə belə dinləmələr keçirilsin: “Bununla bağlı geniş iş planı hazırlayaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə