Bələdiyyə zibil pulu toplamır
Bələdiyyədən zibil pulu ilə bağlı AÇIQLAMA - ÖZƏL
Yusif Nəzərli
12:00 19.07.2023
Cəmiyyət
1311
3 manat 5 manat oldu
Bələdiyyə zibil pulu toplamır
Bələdiyyə zibil pulu toplamır
Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlardan toplanan zibil pulu kəskin artırılıb. Bu barədə Trend-ə Biləcəri sakinləri məlumat veriblər. Sakinlər bildirir ki, Biləcəri bələdiyyəsi tərəfindən toplanan zibil pulu bu aydan artırılıb. Belə ki, əvvəl hər evə görə 3 manat alınırdısa, indi 5 manat tələb olunur. Qiymət artımı qərarının kim tərəfindən qəbul edildiyi və hansı səbəblərə görə dəyişidirliyi barədə isə sakinlərə heç bir məlumat verilməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanıb, lakin nə Biləcəri bələdiyyəsində, nə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsələyə aydınlıq gətirən olmayıb.
“Sherg.az” Biləcəri bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən bildirilib ki, 2022-ci ilədək zibil pulu bələdiyyə tərəfindən toplanıb. Lakin 2023-cü ildən etubarən məişət tullantılarının daşınması xərclərini rayon Mənzil Təsərrüfat İdarəsi toplayır:
“Bələdiyyə zibil pulu toplamır. Bu işi MTİ həyata keçirir. MTİ-nin bələdiyyə ofisində ayrıca otağı var. Əməkdaşlar orada əyləşir. Ola bilsin, MTİ əməkdaşlarından bəzisi bələdiyyə binasında əyləşir deyə, sakinlər onların bələdiyyə işçiləri olduğunu zənn edir. Əslində isə bələdiyyənin zibil pulunun toplanmasına heç bir aidiyyəti yoxdur artıq”. Sorğumuza cavab vertən bələdiyyə əməkdaşı qeyd etdi ki, bu ilin yanvar ayından zibillərin toplanması, daşınmasına görə tariflərdə artım olub. MTİ də ödənişlərin yeni tariflərlə edilməsini tələb edir. Sakinlər onlardan zibil pulu tələb edənlərin kim olduqlarını, harada çalışdıqlarını, tariflərin nə zaman, nə qədər artırıldığını soruşmalıdırlar. İşin əsasını bilmədən bələdiyyə işçilərini günahlandırmaq doğru deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm