Bəlkə başqasına dərs ola...
04:17 09.02.2021
Cəmiyyət
739
Qazi adından istifadə edənlər ən sərt şəkildə cəzalandırılmalıdır
"Çünki belə adamlar bizim üçün çox müqəddəs olan dəyərləri gözdən salırlar. Həmin şəxslər qazanacağı 3-5 manata görə qazi və hərbiçilərimizə pis əməlləri ilə ağır zərbə vurur"
Paytaxtın Yasamal rayonu ərazisində qazi olduğunu iddia edən və buna görə dilənən şəxs saxlanılıb. Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı bu adam qollarını bintlə bağlayıb. Həmin şəxs qazi adı ilə döyüşlərdə yaralandığını deyərək insanlardan pul mənimsəyib. O, dələduzluqla məşğul olarkən polis tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunub.
Bu, qarşılaşdığımız ilk hal deyil. Bir neçə gün bundan əvvəl bir qadın da iki oğlunun döyüşlərdə itkin düşdüyünü qeyd edərək özünü aciz göstərməyi bacarmışdı. İnsanların həssas nöqtəsinə toxunaraq, onların hissləri ilə oynayan bu şəxslərin niyyəti hamıya maraqlıdır.
Sözügedən mövzu barədə sosioloq-alim Əhməd Qəşəmoğlu fikirlərini "Şərq"lə bölüşüb. O qeyd edib ki, müqəddəs saydığımız dəyərləri tapdalayan bu şəxslər qəti şəkildə cəzalandırılmalıdır:
"Bəzi insanlar psixologiyasına görə digərlərindən fərqlənir və buna görə də onlar hər şeyi özlərinə məqbul bilirlər. Oğlanlarının itkin düşdüyünü iddia edən qadını psixoloji problemləri olduğuna görə bağışlamaq olar. Çünki biz cəmiyyətdə buna bənzər hadisələri vaxtaşırı görürük. İnsanlar var ki, özünü Şekspir, Stalin və yaxud başqa biri elan edir.
Həmin qadına da ətrafında baş verən hadisələr təsir etmiş ola bilər. Kiminsə övladının itkin düşdüyünü eşidib və sonra bunu sanki öz uşağı olaraq qəbul edib. Əqli problemi olduğuna görə ona rəhm etmək və başa düşmək olar. Lakin elə insanlar da var ki, həmin mövzularda bilərəkdən insanların yaxşı niyyətindən istifadə edir. Onlar ciddi şəkildə cəzalandırılmalıdır. Çünki belə adamlar bizim üçün çox müqəddəs olan dəyərləri gözdən salırlar. Həmin şəxslər qazanacağı 3-5 manata görə qazi və hərbiçilərimizə pis əməlləri ilə ağır zərbə vurur. Bu fırıldaqçılar o qədər sərt cəzalandırılmalıdır ki, sonra başqası belə iş tutmağı ağlına da gətirməsin. Müqəddəs dəyərlərimizin tapdanmasına qəti surətdə yol vermək olmaz".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı