Beyləqanda şəhidlərə dörd aydır başdaşı qoyulmayıb
10:37 03.02.2021
Cəmiyyət
480
Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kənd sakini Orxan Quliyevin başdaşı hələ də qoyulmayıb.
Bu barədə “Qafqazinfo”ya şəhidin atası Bəxtiyar Quliyev məlumat verib. O qeyd edib ki, sözügedən kənddən oğlu ilə birgə üç nəfər şəhid olub və onların da məzar daşları qoyulmayıb:
“Biz üç şəhid ailəsi bununla bağlı icra hakimiyyətində olmuşuq. Dünən elə digər şəhid Aqil Hüseynovun atası icra başçısıyla da görüşüb. Başçı bildirib ki, rayondan 200-ə yaxın şəhid var və onların hamısına başdaşını qoydurmaq onların səlahiyyətlərinə aid deyil.
Bunun üçün pul ayrılmalı olduğunu vurğulayıb. Əgər hökumət, yaxud icra hakimiyyəti bunu etməyəcəksə, biz işimizi bilmək istəyirik. Belədirsə, başdaşını mən qoyum. Oğlum oktyabrın 15-də dəfn edilib. Hələ də başdaşı yoxdur. Bizə əvvəl verilən 3 000 manat yardımın dəfn mərasiminin təşkili üçün olduğunu demişdilər. Mənim oğlum ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Elə Cəbrayılda da şəhid olub. Subay idi. Qeyd edim ki, bizə dövlət tərəfindən digər ödənişlər verilib”.
Qeyd edək ki, sözügedən kənddən şəhid olan digər iki nəfər isə Aqil Hüseynov və Fərid Vəliyevdir. Onlar da oktyabr ayında dəfn edilib və prezident tərəfindən medallarla təltif ediliblər.
“Qafqazinfo” məsələylə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya