Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”

Türkiyənin Bingöl bölgəsində Huzur Partiyasının Karlıova rayon təşkilatının sədri Orhan Avcı uzun və qalın bığları ilə sosial şəbəkələrdə gündəmə gəlib.

Sherg.az xəbər verir ki, Avcı bığlarını illərdir uzadır və bu onun şəxsi seçimi ilə bağlıdır: “Mənə yaraşdığı üçün uzadıram” deyib. O, 20 ildən çoxdur bığ saxladığını və bu səbəbdən heç vaxt rəsmi qurumlarda problem yaşamadığını qeyd edib.

Siyasətçi sosial mediada yayılan görüntülərə həm müsbət, həm də mənfi reaksiyalar gəldiyini, lakin əsas məqsədinin bölgəsinə xidmət etmək olduğunu vurğulayıb.