Bir sərgidən sonra hamı gedib elektromobil maşın almayacaq
Bir sərgidən sonra hamı gedib elektromobil maşın almayacaq
Yusif Nəzərli
10:28 04.03.2023
Cəmiyyət
777
Amma istənilən halda bu cür təbliğatlarla ictimaiyyətin diqqətini çəkmək olur
“İstər-istəməz insanlar bu avtomobillərin üstünlükləri barədə məlumatlı olduqda gələcəkdə ondan istifadə barəsində də düşünürlər”
Bu gün dünyanın inkişaf etmiş ölkələrində elektromobillərə sürətlə keçid edilir. Ekoloji cəhətdən təmiz olan bu avtomobillərin sayı dünyada 10 milyonu ötüb. Avropa və Çində elektrikli nəqliyyat vasitələrinə olan tələb adi avtomobillərə olan tələbi üstələyib. Dünyanın bir çox ölkələri hibrid və elektromobillər üçün geniş imkanlar yaradır, infrastrukturun qurulması üçün maliyyə vəsaiti ayırır. Dövlət səviyyəsində dəstəklənir, nazirlərdən ibarət komissiya yaradılır.
Azərbaycanda isə elektriklə işləyən avtomobillərə maraq gözlənilən səviyyədə deyil. Daha doğrusu, elektromobillər üçün maddi-texniki baza ölkəmizdə yetəri qədər inkişaf etməyib. Ona tam güvən, inamın olmaması, servis xidməti və elektriklə doldurma məntəqələrinin yoxluğu insanlarda çəkingənlik yaradır.
Qeyd edək ki, Azərbaycanda elektromobillərdən istifadəni genişləndirmək üçün Bakıda ilk dəfə olaraq Novruz bayramı ərəfəsində elektrik avtomobillərin sərgisi keçiriləcək.
“Auto Eko 2023” adı altında avtoşou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunur. AADA-nın rəsmi internet saytına istinadən aldığımız xəbərə görə, sərgi 12-14 mart tarixlərində “Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Avtoşou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir. Sərginin rəsmi açılışı 12 mart saat 12:00-da olacaq.
Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-təqdimatlar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada “Need for speed” kiberoyunu üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Bundan əlavə, avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında deyib ki, elektromobillərin fəaliyyətini stimullaşdırmaq üçün zaman-zaman müxtəlif formada təbliğat tədbirləri həyata keçirilir: “Şəxsən mən özüm də bir neçə dəfə iştirak etmişəm. Elektrikli avtomobillərin sərgisinin keçirilməsi, onların piyarının aparılması təqdirəlayiq haldır. Əvvəlki illərdə hibrid və elektromobillərin Qəbələdə, Mingəçevirdə yürüşü keçirilib. Məqsəd də birmənalı olaraq bu avtomobillərdən istifadəni stimullaşdırmaqdır. Bu cür sərgilərə reaksiyalar müsbət olur. Əlbəttə, bu sərgidən sonra ölkə vətəndaşlarının hamısı gedib elektromobil maşın almayacaq. Amma istənilən halda bu cür təbliğatlarla ictimaiyyətin diqqətini çəkmək olur. İstər-istəməz insanlar bu avtomobillərin üstünlükləri barədə məlumatlı olduqda gələcəkdə ondan istifadə barəsində də düşünürlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq