"Biz qardaşı bacıya namus keşikçisi təyin edirik"
Şəymən Bayramova
10:13 01.09.2020
Cəmiyyət
784
Halbuki, onlar dost olsalar, bir-birləriylə sıxıntılarını, problemlərini, maraqlarını, arzularını bölüşəcəklər
Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hər gün oxuduğumuz cinayət, qətl xəbərləri fonunda ölüm bizim üçün adiləşsə də, ailə münaqişəsi zəminində törədilən qətllər cəmiyyətdə ciddi narahatlıq doğurur. Oğulun ananı, qardaşın bacını, ərin arvadını öldürməsi kimi xəbərlər tükürpədir.
Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri Sevinc Fədai baş verən qətl hadisələrində cinayətkarlar qədər cəmiyyətin, valideynlərin, mentalitetin də günahkar olduğunu deyib. Onun sözlərinə görə, anadan olanda qız uşaqlarının əyninə çəhrayı, oğlan uşaqlarına mavi paltar geyindirməklə onların az qala talelərini də müəyyən etmiş oluruq. Elə qundaqdaca onlar haqqında hər şey dəqiqləşdirilir, konkretləşdirilir. Oğlana və qıza görə ayrı-ayrı qaydalar müəyyənləşdirilir:
"Qardaş və bacını dost, bir-birinə həmdəm ruhunda böyütmək əvəzinə, qardaşı bacının namus keçikçisi təyin edirik. Qardaşın günü bacını evdə, məktəbdə, küçədə güdməklə keçir, görüm ona kim zəng etdi, haraya getdi, kimlə görüşdü?
Halbuki, onlar dost olsalar, bir-birləriylə sıxıntılarını, problemlərini, maraqlarını, arzularını bölüşəcəklər, bu qədər əzab-əziyyətə ehtiyac qalmayacaq. Şərt o deyil ki, ayağını bir addım yana qoyan bacını öldürmək üçün həmin an qardaşın əlinə bıçağı biz vermiş olaq...
O, elə əlində, ürəyində, beynində bıçaq böyümürmü?! Filmlərdə azmı görmüşük, adətlər, törələr naminə ağlaya-ağlaya bacısını öldürən qardaşı? Onlar bunu heç də həmişə ürəkdən, iradəli şəkildə etmirlər. Onu buna məcbur edirlər, yoxsa onun adam içinə çıxmağa üzü olmur, ömrü boyu tənə eşidir, gülüş obyekti olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya