BNA: Marşrut avtobuslarında NFC ödənişləri tətbiq olunacaq
Yusif Nəzərli
14:14 27.10.2021
Cəmiyyət
319
Bu gün paytaxtdakı sərnişindaşıma avtobuslarının 77%-dən çoxu "BakıKart" sisteminə inteqrasiya olunub.
Bunu "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, qalan digər avtobusların əksəriyyətində bu istiqamətdə aparılan texniki işlər yekunlaşıb və hazırda fasiləsizlik qorunmaqla kartoxuyucu cihazların quraşdırılması işləri aparılır.
"Quraşdırılan kartoxuyucular yeni ödəniş sistemlərinin, həm NFC, həm də birbaşa təmassız bank kartları ilə ödənişlərin qəbuluna imkan yaradacaq", - deyə M. Ağayev qeyd edib.
O həmçinin əlavə edib ki, "BakıKart"ın balansının artırılması üsullarının təkmilləşdirilməsi və müasirləşdirilməsinə dair strategiya hazırlanıb və görülən işlər bu strategiyaya uyğun aparılır: "İşlər mərhələli şəkildə aparılır. İlkin olaraq "BakıKart" tətbiq olunanda ödəmə terminalları yalnız avtobus dayanacaqlarında və bəzi iri ticarət mərkəzlərində quraşdırılırdı. Bu terminallar sərnişinlərin daha çox olduğu yerlərdə qoyulurdu. Növbəti mərhələ dayanacaqlardan kənar ödəmə imkanlarının təmin olunmasıdır ki, biz artıq bu işlərə başlamışıq. Məsələn, bu gün 1 200-dən çox olan "MilliÖn" ödəniş terminallarının 90%-i artıq "BakıKart" sisteminə inteqrasiya olunub və ödənişlər qəbul olunur. Digər terminalların da inteqrasiyası istiqamətində işlər yekunlaşmaq üzrədir".
Bundan əlavə, BNA rəsmisi əlavə edib ki, kartların balansını (online.bakikart.az) internet platforması üzərindən də artırmaq imkanı yaradılıb.
"Bakı ərazisində "OBA" marketlərlə də "BakıKart" ödənişlərinin qəbul olunması üçün POS-terminalların quraşdırılmasına dair razılıq əldə olunub. Növbəti mərhələdə gediş haqlarının NFC və bank kartları vasitəsilə ödənişlərinin təşkilidir ki, bu da elə də uzaq olmayan bir müddətdə mümkün olacaq", - deyə M. Ağayev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürünərək avtobusa mindi, heç kim fərq etmədi
19:19 08.05.2026
Hadisə
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlim keçirib
19:12 08.05.2026
Hərbi
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya