BNA: "Sərnişinlər avtobusların hərəkətini izləyə biləcəklər"
Yusif Nəzərli
13:33 30.10.2021
Cəmiyyət
327
“Müntəzəm marşrut xətlərinin Vahid Dispetçer Mərkəzinə inteqrasiyası davam edir. Hazırda “Baku Bus”la yanaşı, özəl daşıyıcılara məxsus olan marşrut xətlərinin hərəkət qrafikini izləyə bilirik”.
Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, əsas məqsədlərimizdən biri müntəzəm marşrut xətlərinin gündəlik hərəkət qrafiki üzrə əldə edilmiş məlumatların sərnişinlərlə bölüşdürülməsidir: “Bunun üçün müxtəlif alətlər, mobil tətbiqlər, internet portalları, dayanacaqda lövhələr vasitəsilə müntəzəm marşrut xətlərinin hərəkət qrafiki sərnişinlərimizlə bölüşüləcək. Bunun yaxın vaxtlarda həyata keçirilməsi nəzərdən keçirilir”.
M.Ağayevin sözlərinə görə, marşrut xətləri üzrə avtobuslar “Bakı Kart”a inteqrasiya edildikcə, eyni zamanda Vahid Dispetçer Mərkəzinə inteqrasiya edilir: “Vahid Dispetçer Mərkəzinə inteqrasiya olunduqda artıq biz orda olan marşutlar üzrə gündəlik xəttə çıxan avtobusların sayı, həmin avtobusların real vaxt rejimində hərəkət vəziyyəti, harda olmaları, hansı intervalla, hansı sürətlə hərəkət etmələri, avtobusların dayanacaqda və dayanacaqdan kənar saxlanılması ilə bağlı bütün hərəkətlərlə bağlı məlumatlar əldə edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya