Nəinki gənclərimiz, 7-dən, 70-ə hər kəs əlinə silah alıb cəbhəyə yollanmağa, əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə hazırdır. Dünənki izdiham, yürüş bunun təsdiqidir.
ÇAĞIRIŞ: “Soyuqqanlı davranıb, məlumatları saf-çürük etməliyik”
Banuçiçək Kalbalıyeva
14:30 15.07.2020
Cəmiyyət
1469
“Gərək təxribata getməyək, şayiələrə inanmayaq, düşməni sevindirməyək”
Əvvəllər televiziya kanallarının xəbər portallarında tez-tez eşidirdik: “...Atəşkəs pozulub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur...”. Bu dəfə elə olmadı. Təəssüf ki, şəhid verdik. Amma döyüşlər sayəsində millətimizin, xalqımızın qüruru, insanlarımızın vətəndaşlıq mövqeləri ilə bir daha fəxr etdik.
Nəinki gənclərimiz, 7-dən, 70-ə hər kəs əlinə silah alıb cəbhəyə yollanmağa, əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə hazırdır. Dünənki izdiham, yürüş bunun təsdiqidir.
Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev böyük ruh yüksəkliyi ilə bağlı “Sherg.az”a danışarkən ordumuzun gücünə inandığını deyib:
“İnsanlarımızın bu reaksiyası, vətənpərvərliyi hər kəs kimi məni də sevindirir. Cəbhədən şad xəbərlər alacağımıza ümid edirəm. Şəhidlərimizin intiqamı alınacaq. Necə deyərlər, qisas qiyamətə qalmaz”.
N.Mehtiyev vətəndaşlara diqqətli olmağı, emosiyalara qapılmamağı tövsiyə etdi:
“Başa düşürəm, şəhidlərimizi tanıtmaq lazımdır. Bu, yetişməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun inkişafı baxımından çox vacibdir. Amma indiki şəhidlərimiz arasında dörd il əvvəlki döyüşlərdə canından keçənləri də təqdim etmək düzgün deyil.
Çünki düşmən şəhid sayına baxıb sevinir. Mənim tanıdığım, Tərtərdə xidmət edən bir adam var. Onun da fotosunu paylaşıb Tovuzda şəhid olduqlarını demişdilər. Bu məqamları, yayılanların yalan olduğunu mən bilirəm, amma hər kəs bilmir axı. Yəni ki, belə olmaz. Dediyim kimi, düşmən sevinir”.
Qazinin fikrincə, xüsusilə indi eşitdiyimiz, oxuduğumuz bütün informasiyalara soyuqqanlı yanaşmalı, saf-çürük etməliyik:
“Sosial mediada yalan məlumatlar da yayılır. Məsələn, erməni təxribatçı video çəkərək 812-ci diviziyanın vurulduğunu deyib. Bizim bəxtimiz gətirdi ki, onu ifşa etdik.
Ən azından üzündən erməni olduğu hiss edilir. Amma mətnlərdə, səs yazılarında bunu bilmək olmur. Odur ki, gərək hər məsələyə diqqətlə yanaşaq. İndi elə dövrdür ki, şəhid olsa, hamı biləcək.
Bunu gizlətmək mümkün deyil. Heç gizlətmək fikrimiz də yoxdur. Ancaq gərək təxribata getməyək, şayiələrə inanmayaq, düşməni sevindirməyək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat