Marketlərdə mənşəyi naməlum ətlər satılmır
Əti marketlərdən, yoxsa qəssabdan almaq, daha yaxşıdır? Bu sual ötən ilin oktyabr ayında mal-qara arasında dabaq xəstəliyinin yayıldığı xəbərindən və Azərbaycan Qida Təhülksizliyi Agentliyinin də mal bazarlarında satışa qadağa qoymasından sonra xeyli aktuallaşdı. Əahli bilmədi kimə inansın; “heç bir xəsətlik yoxdur, hamısı işbazların oyunudur, işsiz, qazancsız qalan qəssablara, yoxsa heyvan kəsiminə yalnız iri təsərrüfatlarda icazə verən AQTA-ya. Məlumdur ki, hazırda ölkəmizə xarici dövlətlərdən iri buynuzlu diri heyvan və dana, qoyun(quzu), həmçinin quş əti idxal olunur. Gürcüstan, Monqolustan, Çin, Slovakiya, hətta Fələstindn də. Əhali isə hansı ətin haradan gətirildiyini bilmir. Bəzi marketlərdə “idxal məhsul” yazılan ətlər satılır. Qiymət yerli məhsula nisbətən ucuzdur. Yerli uzu ətinin kiloqramı 20 manata olduğu halda, idxal quzu əti 13-14 manatdır. Həmçinin alıcılar 15-16 manata satışa qoyulan dana ətinin də yerli olmasından şübhələnirlər. Çünki bu qiymət ötən ilin oktyabrınadək belə olub. Dabaq xəstəliyi yayılandan yerli məhsulun qiyməti 18 manata qalxıb. Müştərilərdən biri isə maketdən aldığı ətin farş edilib soyuducunun buzxanasında saxlansa da, rənginin hələ də qırmızı qalmasına görə, ətin mənşəyindən şübhələnib. Sosial şəbəkədə bu haqda yazan xanım bildirir ki, çəkilmiş ətə soğan, göyərti vurub buzxanaya qoyub. Lakin bişirmək üçün çıxardıqda ətin üst hissəsinin qaraldğını, içininsə qırmızı rəngdə qaldığını görüb. Bu da onda şübhə oyadıb.
Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ola bilsin qablaşdırma düzgün edilməyib:

- Hazırda satışda vakuum paketlər var. Yaxşı olar ki əhali, xanımlarımız vakuum paketlərdən alıb istifadə etsinlər. Birincisi, çalışın farş ət almayasınız. Ət alıb, özünüz ev şəraitində ət maşınından keçirib farş edin. İkincisi, hissələrə ayırdığınız əti adi sellofan paketlərdə, “pinqvin” paketlərdə deyil, vakuum paketlərdə qablaşdırın və buzxanada saxlayın. Vakuum paketdə saxlandıqda ətin tərkibi korlanmır. Adi sellofan paketlərin istehsalında kimyəvi rənglərdən istifadə edilir, ərzaq məhsulunu həmin paketlərin içində saxladıqda ərzağın tərkibində kimyəvi çirklənmə baş verir. Həmin material qida üçün nəzərdə tutulmayıb. Ətin tərkibinə də müxtəlif kimyəvi maddələr keçir. Xanımlar özlərində günah axtarmalıdır. Əti farş almasınlar. Tikə əti alıb farş etsnlər. Farşın saxlanma müddəti 3 aydır. Farş olunmamış əti isə 6-9 ay saxlamaq olur. Qablaşdırmada da böyük səhlənkarlıq olur. Şüşə qablar var, qapağı vakuum olan, germetik. Bu cür qablarda əti uzun müddət saxlamaq olur. Ya da vakuum paketlərdə saxlasınlar. Belədə ət uzun müddət pozulmamış, xaab olmamış qalacaq. Yaxşı olar ki, etiketində “Poli-propilen” yazılmış qablardan alsınlar. Bu qablar mənfi 20 dərəcəyə dözümlüdür. Xanımlar əti qiymə edib edib atırlar soyuducuy, haqlı ikən haqsız duruma düşürlər. Ola bilər, ət keyfiyyətsizdir. Kəsim, qablaşdırma düzgün aparılmayıb. Amma saxlanma qaydasına da ciddi riayət edilməlidir. İzləyicinin dediyi kimi farş ətin üzəri qaralıb, içi qırmızı qalıbsa, bu, ətin havayla təmas olmasına görədir. Havayla təmas etmiş hissə qaralıb, rəngi dəyişib. Amma mən deyən kimi qablaşdırılsaydı, ət öz teksturasını itirməzdi, rəngini dəyişməzdi. Şübhəli hallarla rastlaşdıqda isə AQTA-ya müraciət etsinlər.
A.Salamov qeyd etdi ki, marketərdə mənşəyi naməlum ətlər satılmır:
- Marketdə satılan ətlərə nəzarət var. Saxlanma şəraiti uygundur. Soyuducudan kənarda saxlanmır. Ama kimsə şübhələnirsə, AQTA-ya müraciət etsin, yoxlanmasını tələb etsin. Xanımlar bəzən doğru bilinən yanlışları övladlarına da aşılayırlar. Soyuducunun qapısını, eləcə də buzxananı tez-tez açmaq olmaz. Elə olduqda oksidləşmə gedir və soyuducudakı qida məhsullarının keyfyyəti aşağı düşür.