"Bu il ən sevindirici hadisə Tovuzun "Turan" komandasının üçüncü yeri tutaraq illər sonra Avropa məkanına qayıdışı oldu"
"Bu ilki futbol üzrə milli çempionatın ən sevindirici hadisəsi Tovuzun "Turan" komandasının üçüncü yeri tutaraq illər sonra Avropa məkanına qayıdışı oldu".
Sherg.az xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. Millət vəkili əlavə edib ki, bir iş adamının təşkilatçılıq qabiliyyəti ilə strateji bölgələrimizdən olan Tovuzda futbol həyatının yenidən canlandırılması hamımız üçün sevindiricidir:
"Ehtiram bəy həqiqətən də təkcə pulunu deyil, canını, enerjisini də ortaya qoyaraq komandanın uğura imza atmasında önəmli rol oynadı. Qurban Berdiyev kimi təcrübəli mütəxəsissin iş başına gətirilməsi komandanın iddiasından xəbər verirdi və qarşıya qoyulan hədəflərə addım-addım gediləcəyinə əminlik yaradır. Oqtay Abdullayev kimi təcrübəli mütəxəssisin Müşahidə Şurasında olması da komandanın uğurlarında öz təsirini göstərib. Bir sözlə, Avropa klublarını Tovuza gətirənlərə, yeli futbolsevərlərə sevinc yaşadanlara eşq olsun!".