Ceyhun Bayramov Taha Ayhan ilə görüşüb - FOTO
Yusif Nəzərli
16:36 28.10.2021
Cəmiyyət
307
28 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov İƏT Gənclər Forumunun AR İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Bakıda təşkil etdiyi Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin uğurla keçirilməsi münasibətilə qarşı tərəfi təbrik edib. Nazir, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən hazırda həyata keçirilən bərpa və quruculuq işləri fövqündə, iki mühüm mövzu olan investisiya və mədəniyyət məsələlərinin çoxsaylı xarici iştirakçıların qatıldığı bu tədbirdə diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçılarının, həmçinin işğaldan azad olunmuş torpaqlara, o cümlədən Şuşa şəhərinə səfər etməsinin, burada Ermənistan tərəfindən onilliklər ərzində törədilmiş qeyri-qanuni fəaliyyət və dağıntılarla, eyni zamanda hazırda Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işləri ilə yerindəcə tanış olması baxımından önəmi ifadə olunub.
Nazir, habelə İƏT Gənclər Forumununun bu yaxınlarda Baş Assambleya toplantısını keçirməsi və yeni Nizamnamə sənədini qəbul etməsi münasibətilə təbrik edib. Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.
Taha Ayhan Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışı mərasimində iştirak etdiyini qeyd edərək, Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirdiyi geniş miqyaslı bərpa və quruculuq işlərinin şahidi olduğunu söyləyib. O, Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin çoxsaylı iştirakçılarının azad olunmuş ərazilərə səfərinin, həmçinin Azərbaycanın Qarabağ Zəfərinin gənclərlə, mədəniyyətlə əlaqədar bir zəfər olduğu ismarışının beynəlxalq müstəvidə çatdırılması baxımından önəmli olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin Gənclər Forumunun geniş fəaliyyəti, təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm