Çipsinin tükürpərdən zərərləri: “...Sonsuzluğa yol açır” – ÖLDÜRÜR !
Şəymən Bayramova
10:36 31.08.2020
Cəmiyyət
1499
“Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir”
“Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır”
“Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur"
Hər gün milyonlarla insanın yediyi çipslər təhlükə saçır!Alimlər bu qidanın xərçəng xəstəliyindən köklüyə qədər, şəkər xəstəliyindən sonsuzluğa qədər bir çox xəstəliyə yol açdığını bildirir. İçində yüzdə on faiz doymuş yağ, yüzdə üç faiz trans yağ olan çipslərdən gündə 35 qramlıq bir paket yeyən adam il ərzində 5 litr zərərli yağ içmiş kimi olur.
İngiltərə Ürək Sağlamlığı Fondunun həyata keçirdiyi araşdırma nəticəsində 35 qramlıq çips paketində 2,5 çay qaşığı trans yağ olduğu ortaya çıxıb. Çipslərdə yağdan başqa həddən artıq duzdan istifadə olunması da təhlükəni artırır.
Anadolu Sağlamlıq Mərkəzi Qidalanma mütəxəssisi Camal Ak çipslərdə bol miqdarda trans yağ istifadə edildiyini deyib. Onun sözlərinə görə, çipsin içindəki trans yağların bir çox təhlükəli xəstəliyə səbəb olur, xərçəng, sonsuzluq və qaraciyər yağlanmasına yol açır. Eyni zamanda bu qidanın içində "akrilanudin" adlı kimyəvi maddə plastik istehsalında istifadə edilir. Siqaretin də içində olan bu maddə xərçəng xəstəliyinə səbəb olan maddədir. Dünyanın bir çox yerində sağlıq sahəsində çalışan alimlər çips paketlərinə "ÖLDÜRÜR" yazısının yazılmasını təklif edirlər.
Terapevt-qastroenteroloq Sevindik Arazov da "Sherg.az"a açıqlamasında çipsinin orqanizm üçün zərərli hesab edilən qidalardan olduğunu deyib. Həkimin sözlərinə görə, çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur:
"Xərçəng, obezit, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə tütünün də tərkibində mövcuddur. Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə