COVID-19-un aylarla davam edən fəsadı
Yusif Nəzərli
04:21 27.10.2021
Cəmiyyət
284
Konsentrasiyanın pozulması, diqqətsizlik, yorğunluq, baş ağrıları, danışarkən söz tapmaqda çətinlik... Koronavirusdan sonra bu və buna bənzər şikayətlərin səbəbi “beyin dumanlanması” ola bilər.
Uzun müddət davam edən COVID-in ümumi simptomlarından biri olan beyin dumanlanması hətta aylarla davam edir.
Bu barədə danışan türkiyəli nevrologiya mütəxəssisi, professor Nilüfer Kale bəzi açıqlamalar verib.
Onun sözlərinə görə, beyin dumanlanması əslində tibbi termin deyil. Xəstələr bunu unutqanlıq, diqqət dağınıqlığı, konsentrasiyanın azalması, danışarkən söz tapmaqda çətinlik çəkmək, fikirlərini düzgün toplaya bilməmək, əhval-ruhiyyənin pozulması, yorğunluq, baş ağrısı kimi şərh edirlər: “Elə bil yaxşı yatmamışam” və ya “başım dümanlıdı”, “diqqətimi cəmləyə bilmirəm, düşünə bilmirəm”.
Həkim qeyd edir ki, bunlar insanların həyat keyfiyyətinə böyük təsir göstərir. Beyin dumanlanmasının xüsusi müalicəsi yoxdur. Bu tip xəstələrə “sağlım həyat tərzi” məsləhət bilinir.
“Həddindən artıq unutqanlıq, söz tapmaqda çətinlik tapmaq, bunda əlavə görmə kimi yanaşı şikayətlər olarsa nevropatoloqa müraciət etmək lazımdır”, - deyə professor vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürünərək avtobusa mindi, heç kim fərq etmədi
19:19 08.05.2026
Hadisə
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlim keçirib
19:12 08.05.2026
Hərbi
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya