“Cümə” məscidinə imamlar təyin edildi - RƏSMİ
Yusif Nəzərli
12:28 20.04.2023
Cəmiyyət
358
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu “Cümə” məscidinə imam təyinatı olub.
Bu barədə Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Dövlət Komitəsi sədri Mübariz Qurbanlının müvafiq əmrlərinə əsasən Ceyhun Əkbər oğlu Rüstəmov və Araz Ayaz oğlu Abdullayev “Cümə” məscidinə imam vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Ceyhun Rüstəmov Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür. Qəbələ şəhəri “Mərkəzi Cümə” və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb. Ceyhun Rüstəmov “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən rotasiya yolu ilə Nərimanov rayonu “Cümə” məscidinə təyinat alıb.
Araz Abdullayev Ağdaş rayonu Xosrov İslam Mədrəsəsində və Bakı İslam Universitetində təhsil alıb. “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq Dövlət Komitəsinin 2-13 avqust 2022-ci il tarixlərində keçirdiyi müsahibədə uğur qazanıb və Dövlət Komitəsi sədrinin müvafiq əmri ilə sözügedən məscidə imam təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə