Daha xoşbəxt uşaqlar necə böyüdülə bilər?

Təhsilçi Dr. Maria Montessori uşaqların daha xoşbəxt və sağlam inkişaf etməsi üçün bir sıra prinsiplər təklif edir. Onun yanaşmasına görə, uşaqların mühitində edilən kiçik dəyişikliklər onların həm psixoloji, həm də emosional inkişafına böyük təsir göstərir. Sherg.az Maria Montessorinin tövsiyələrini təqdim edir...

1. Mühitin düzgün təşkil edilməsi

Montessoriyə görə, uşağın olduğu mühit onun marağını artırmalı və öyrənməyə təşviq etməlidir. Uşaq öz səhvlərini özü tapıb düzəldə biləcəyi bir sistemdə daha aktiv və özünəinamlı olur.

2. Məqsədli fəaliyyət

Uşaqların gördüyü işin bir məqsədi olmalıdır. Məsələn, puzzle kimi fəaliyyətlər uşağa həm öyrənmə, həm də problem həll etmə bacarığı qazandırır və onu daha məmnun edir.

3. Azadlıq, amma sərhədlərlə

Uşaqlara seçim azadlığı verilməlidir, amma bu azadlıq müəyyən qaydalarla məhdudlaşdırılmalıdır. Onlar nə öyrənəcəklərini seçə bilsələr də, başqalarını narahat etməməlidirlər.

4. Özünü ifadə etmə imkanı

Uşaqların öz fikirlərini sərbəst ifadə etməsi və müstəqil qərar verməsi onların xoşbəxtliyini artırır və şəxsiyyət inkişafına kömək edir.

5. Evin öyrədici mühitə çevrilməsi

Valideynlər evdə uşağın yaradıcılığını dəstəkləyən mühit yarada bilər. Məsələn, ona kiçik ev işlərində iştirak etməyə icazə vermək uşağın özünü dəyərli hiss etməsinə səbəb olur.

6. Həddindən artıq müdaxilədən qaçmaq

Uşağın hər probleminə dərhal müdaxilə etmək əvəzinə, ona öz həll yolunu tapmaq üçün imkan vermək daha sağlam inkişaf yaradır.