Daxili İşlər Nazirliyi qazilərə müraciət etdi
Yusif Nəzərli
08:36 27.10.2021
Cəmiyyət
424
Dünən – oktyabrın 26-da Vətən müharibəsi iştirakçısı olan bir qrup şəxs onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı xəbərdarlığa etiraz əlaməti olaraq paytaxtın Ziya Bünyadov prospektini bağlayaraq nəqliyyatın və vətəndaşların sərbəst hərəkətinə mane olmağa cəhd edib.
Həmin vaxt hadisə yerinə gələn polis əməkdaşlarının yolu bağlayan qazilərə qarşı güc tətbiq etmələri və onlarla kobud rəftara yol vermələri barədə sosial şəbəkələrdə iddialar səsləndirilir. Bu, doğrudanmı belə olub?
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Sherg.az"ın sualını cavablandırarkən polis əməkdaşlarının qazilərlə kobud rəftarı və ya onlara qarşı hər hansı güc tətbiq etmələri barədə səsləndirilən iddiaların yanlış olduğunu və həqiqəti əks etdirmədiyini bildirib:
“Qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. Bununla belə hər bir kəs, o cümlədən, hamımızın fəxri olan qazilər bilməlidirlər ki, üzləşdikləri hər hansısa bir problemlə əlaqədar yol bağlamaq, nəqliyyatın hərəkətinə mane olmaq və bununla da vətəndaşlarımızın rahatlığını pozmaq yolverilməzdir. Problemin həllinin yeganə yolu yalnız aidiyyəti dövlət qurumlarına müraciət etməkdir. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi iştirakçılarına dövlətimiz tərəfindən böyük hörmət və rəğbət sərgilənir. Onların üzləşdikləri problemin aradan qaldırılması üçün bütün lazımi tədbirlər həyata keçirilir. İstər birinci, istərsə də ikinci Qarabağ savaşlarında ön cəbhədə qəhrəmancasına döyüşmüş və yüzlərlə şəhid vermiş, bu gün isə sıralarında çoxsaylı Vətən Müharibəsi iştirakçısının xidmət etdiyi Azərbaycan Respublikasının daxili işlər orqanlarında da hər zaman qazilərimizə diqqət və qayğı ilə yanaşıblar. Lakin təəssüflər olsun ki, bəzi dələduz və fırıldaqçı şəxslər öz qanunazidd əməllərini həyata keçirmək üçün onların nüfuzundan sui-istifadə edirlər. Ona görə də, Vətən Müharibəsinin iştirakçısı olan qəhrəmanlarımızı kimlərinsə diqtəsinə və ya verdikləri yalan vədlərinə uyub belə qanunsuz hərəkətlərdən çəkinmələrini xahiş edirik. Torpaqlarımızı işğaldan azad edərək düşmən üzərində böyük qələbə qazanmış qəhrəman övladlarımızı müqəddəs qazi adını hər zaman uca tutmağa, üzləşdikləri hər hansı problemlə əlaqədar təmkinli olmağa çağırırıq və inanırıq ki, onların hər bir hərəkəti, davranışı vətəndaşlarımız üçün nümunə olacaq.
Sonda onu da qeyd edim ki, polis əməkdaşları ictimai asayişin təmini və etibarlı qorunması üçün üzərilərinə düşən qanunla müəyyən edilmiş vəzifələri hər zaman layiqincə yerinə yetiriblər və bundan sonra da ictimai asayişin pozulmasına cəhdlərin qarşısının alınması üçün əllərindən gələni əsirgəməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürünərək avtobusa mindi, heç kim fərq etmədi
19:19 08.05.2026
Hadisə
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlim keçirib
19:12 08.05.2026
Hərbi
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya