Dayə, yoxsa ocaq başındakı düşmən ? – İşgəncə, oğurluq və...
Banuçiçək Kalbalıyeva
13:20 23.06.2020
Cəmiyyət
937
“Övladlarımızı, az qala, düşmənə əmanət edirik”
“Bəzi dayələr də vəzifələrindən sui-istifadə edir və cinayətlər törədirlər”
Bakının Xətai rayonunda mənzildən oğurluq hadisəsi baş verib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. 1992-ci il təvəllüdlü Orxan Bağırlı 36-cı Polis Bölməsinə müraciət edib. O, ifadəsində 2019-cu ilin martından 2020-ci ilin aprelinə qədər evindən ümumilikdə 13 min manat pul oğurlandığını bildirib. Zərərçəkmiş uşağının dayəsi - 1973-cü il təvəllüdlü Ağstafa rayon sakinini oğurluqda günahlandırıb. Hazırda polis əməkdaşları şübhəlinin tutulması üçün tədbirlər görür. Sonuncunun günahı hələ sübut olunmadığı üçün onun kimliyi açıqlanmır.
Qeyd edək ki, son bir gün ərzində paytaxtda 18 oğurluq hadisəsi qeydə alınıb, onlardan dördünün üstü açılıb. Oğurluqların əksəriyyəti kiçik həcmlidir.
Əvvəllər də buna bənzər halların tez-tez yaşanması məsələni aktuallaşdırır. Dayələrin uşaqları döydüklərini, valideynlərdən gizlin şəkildə onlara təzyiq göstərdiklərini tez-tez oxuyur, eşidirik. Deməli, övladlarımızı, az qala, düşmənə əmanət edirik.
Bəs çıxış yolu nədir? İşləyən ana, ataların uşaqları ilə kim məşğul olmalıdır?
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bu cür problemlərin kökündə maddiyatın dayandığını deyib:
“Hər iki valideynin işlədiyi ailələrdə dayəyə daha çox ehtiyac var. Əvvəllər müxtəlif qohumlar, o cümlədən baba, nənələr uşaqlara nəzarət edirdilər. Sonradan məşğulluqdanmı, məsuliyyətdənmi ya nədəndirsə, bu ənənə unuduldu və ölkədə “Dayə institutu” formalaşdı. Bu gün Azərbaycanda dayə xidməti göstərən xüsusi şirkətlər də var. Amma qiymətlər çox bahadır. Ona görə də valideynlər fərdi təqdimatlarla dayə tapırlar. Və bu zaman həmin dayənin hansısa əməlinə görə kiminsə məsuliyyət daşımadığını unudurlar. Nəticədə dayələr də vəzifələrindən sui-istifadə edir və belə cinayətlər törədirlər”.
M. Zeynalovanın sözlərinə görə, konkret şirkətlərin qiyməti standartlaşdırmaları bir çox problemləri həll edə bilər:
“İlk növbədə valideynlər özlərinə rahatlıqla dayə tapacaq və necə deyərlər, gözləri arxada qalmayacaq. Çünki bu cür şirkətlərdə çalışan dayələr xüsusi təlimlər keçir və bacarıqlara malik olurlar. Onlar uşaqlarla necə davranmaq lazım olduğunu bilirlər. İkinci bir tərəfdən isə dayəyə görə kimsə, hansısa bir qurum məsuliyyət daşıyır. Və valideyn bilir ki, nədənsə narazı qalacağı anda həmin şirkətə üz tutacaq. Həmçinin dayə özü də məsuliyyətini başa düşür. Üçüncü məqam isə dayələrin bir çoxunun vergidən yayınmasıdır. Əgər vahid şirkət olsa, fərdi, təqdimatla işə götürülən dayələrin, necə deyərlər, “bazarı bağlansa”, bu neqativ halın da qarşısı alınar”.
“Təmiz dünya” İB-in sədri hər zaman dayələrdə günah olmadığını da bildirdi:
“Mən onların “süddən çıxmış ağ qaşıq” olduqlarını demirəm. Sadəcə bəzən evin xanımı dayə ilə yola getmir, onu qısqanır və s. Nəticədə münaqişələr yaranır. Yəni konkret hadisənin motivini müəyyənləşdirmək lazımdır. “Qurunun oduna yaş da yanır” prinsipinə inanıb bütün dayələri eyni tərəzinin gözünə qoymaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm