Dəhşətli rəqəmlər açıqlandı
Yusif Nəzərli
08:11 06.05.2023
Cəmiyyət
489
Uşaq evliliklərindən xilas üçün daha 300 il lazımdır
BMT-nin Uşaqlara Yardım Fondu - UNICEF erkən nikahların sayının dünya üzrə azaldığını, lakin bu dəhşətli mənzərənin tamamilə aradan qalxması üçün daha 300 il müddət gərəkdiyini açıqlayıb. Uşaqların evliliyə cəlb edilməsi əsasən Afrika ölkələrində geniş yayılıb. Bu, gender problemləri, qanunların zəif, gücsüz olması, yoxsulluq, aclıq, qıtlıq kimi qlobal sosial və iqtisadi amillərdən qaynaqlanır. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, UNICEF-in hesabatında bu problemin həllinin 2030-cü ilədək mümkün olmayacağı qeyd edilir. Hesabatı tərtib edən Claudia Cappa “müsbət olan budur ki, erkən nikahların sayı bütün dünyada azalır. Son 10 ildə erkən nikahlar ümumi nikahlarla müqayisədə 19 faiz azalıb. Lakin bu göstərici erkən nikahlar probleminin 2030-cu ilədək ortadan qaldırılması hədəfinə çatmaq üçün yetərli deyil. 18 yaşından kiçik qızların evləndirilməsi hər il davam edir. Müəyyən dəyişikliklər edilməzsə, erkən nikahların aradan qaldırılması üçün daha 300 ilə ehtiyacımız olacaq”, deyib. BMT hazırda yaşayan 640 milyon qız uşağının və qadının 18 yaşdan əvvəl evləndirildiyini və hər il 12 milyon qız uşağının zorla evləndirildiyini təxmin edir. Mütəxəssis hesab edir ki, erkən evliliklərin səbəbləri müxtəlif ərazilərdə fərqlidir. Lakin əsas səbəblər demək olar eynidir: yoxsulluq, kopyalanmış qanunlar, gender bərabərsizliyi və evlilikdən xaric hamiləlik qorxusu erkən nikahları tətikləyir. Claudia Cappa hətta qlobal iqlim dəyişikliklərinin də erkən nikahları qaçılmaz etdiyini deyib: “Sağlamlıq problemləri, münaqişələr, təbii fəlakətlər ailələrə yoxsulluq və gərginlik gətirir, belə vəziyyətdə qız uşaqları üçün təhlükələr də artır. Çətin maddi duruma düşən ailələr qız uşaqlarını evləndirməyi böhrandan çıxış yolu kimi görür”. Hesabatda qeyd olunur ki, erkən nikahların 45 faizi Cənubi Asiya ölkələrinin payına düşür. Lakin bu ölkələrdə də son illərdə qız uşaqlarının erkən yaşda evləndirilməsi sayında azalma müşahidə edilir. Xüsusən Hindistanda bu məsələdə irəliləyiş var. Səhraaltı Afrikada isə hər 3 qadından biri 18 yaşdan əvvəl nikaha cəlb edilib. Uşaq evliliklərinə ən çox rast gəlinən Qərbi və Orta Afrika ölkələridir. Uşaq evlilikləri yoxsul ailələr arasında artır, bundan qazananlarsa varlılardır. C.Cappa bildirib ki, Afrikada inkişafa nail olmaq mümkündür. Ruanda və Efiopiya buna örnəkdir. Uşaq evliliklərinin qarşısı iqtisadi yardımlarla alına bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstan Ukraynanın Aİ-yə sürətlə qəbuluna qarşı çıxır
05:45 25.08.2026
Dünya
Madonna və 30 yaşlı sevgilisi
05:00 25.08.2026
Şou
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm