Dələduzlar vətəndaşların bank hesablarını ələ keçirir
Dələduzlar vətəndaşların bank hesablarını ələ keçirir
Yusif Nəzərli
20:22 10.05.2023
Cəmiyyət
261
Alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır
Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən “Şərq”ə bildirilib ki, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən alqı-satqı saytlarında elan yerləşdirən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə və ya tətbiqlər vasitəsilə yazmaqla məhsulu alacağı vədini verərək guya pul köçürmək məqsədilə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Nazirlik vətəndaşlara müraciət edərək, belə şəxslərə inanıb kart məlumatlarını təqdim etməməyə çağırıb.
"Vətəndaşlar kibercinayətkarlıqla üzləşdikləri təqdirdə isə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, o cümlədən ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər" - deyə müraciətdə qeyd olunub.
İKT eksperti Cavid Əliyevin “Şərq”ə açıqlamasına görə, onlayn alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır: “Bəzən ucuz qiymətlərlə insanların diqqətini çəkirlər, amma belə nüanslara mütləq diqqət etmək lazımdır. Saytda şəxsi hesab, şəxsi kabinet açmazdan öncə şərtləri oxumaq lazımdır. Siz ora şəxsi məlumatlarınızı daxil edirsiniz, mütləq bilməlisiniz o məlumatlarla bağlı qarşı tərəf hansı formada yanaşma təklif edir. Çünki bank kartı yükləyərkən ilk dəfə sizdən 3D təhlükəsizlik kodu istəyir. Siz bu kodu yazırsınız. Qeyri-ciddi saytlarda bu kod yalnız bir dəfə istənilir və siz onu yazdıqda bilmədən növbəti alış-verişlər üçün kod istənilməməsini, məlumatlarınızın silinməməsini təsdiq edirsiniz”.
Vətəndaşların informasiya təhlükəsizliyi ilə bağlı savadlılıq səviyyəsinin aşağı olduğunu vurğulayan ekspert deyib ki, insanlar naməlum və təhlükəli saytlara daxil olarkən bilməyərəkdən hansısa faylları açırlar: “Bu zaman isə smartfonlarına və ya kompüterlərinə xüsusi proqramlar yüklənir. Bu proqramlar vasitəsilə asanlıqla telefonun məlumatları ələ keçirilir və hakerlər bank kartlarını oxuya bilirlər.
“Bu cür halların baş verməməsi üçün insanların informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə ehtiyac var. Bank kartlarından istifadə edən bəzi istifadəçilər hələ də müasir texnologiyaların qaydalarını tam bilmirlər. Məsələn, istifadəçi kart ilə onlayn alış-veriş etdikdə, hesab məlumatlarını telefon, planşet və ya kompüter vasitəsilə daxil edirlər. Belə olan halda isə məlumatları oğurlayan proqramlar cihazda varsa, deməli, avtomatik olaraq hesabın ələ keçirilməsi də asanlaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya