Dələduzluğa əfv olmamalıdır
Yusif Nəzərli
03:28 24.11.2022
Cəmiyyət
880
Hərbi formadan istifadə edənlərə ağır cəza verilməlidir
Hərbi geyimi qanunsuz daşıyanlarla bağlı məsələ yenidən gündəmə gəlib.
Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.
İctimaiyyət nümayəndələrinin sözlərinə görə, hər bir forma geyinən şəxsə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil. Bu problemdən çıxış yolu yalnız maariflənmədən keçir.
Xatırladaq ki, hərbi geyim formasını daşımaq hüququna Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi lisey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
Millət vəkili Fazil Mustafanın “Şərq”ə açıqlamasına görə, hərbiyə aidiyyəti olmayan şəxslərin forma geyinib şəkil, video paylaşması, şəhərdə o formada gəzməsi, guya vətənpərvərlik nümunəsi kimi göstərilsə də, hoqqabazlıq elementidir: “İnsanlar, hərbi, dini və başqa bir sahəyə mənsub geyimlərlə manipulyasiya edirlər. Hərbiyə aidiyyəti olmayan insanların hərbi geyimdə olması üçün müvafiq strukturların razılığı olmalıdır. Bundan əvvəlki müdafiə nazirinin dövründə millət vəkillərinin hərbi hissələrə səfərləri təşkil edilirdi. Bu səfərlər çərçivəsində biz də hərbi geyimlər geyinirdik və bu geyimlər bizə nazirlik tərəfindən təqdim olunurdu. Bu səfərlər bir növ təbliğat xarakterli olduğu üçün millət vəkili və ya digər dövlət qurumu əməkdaşlarının hərbi hissələrə gedərkən əsgərlə eyni geyimdə olmağı effektiv hal kimi dəyərləndirilirdi. Amma dələduzluq və hoqqabazlıq məqsədi ilə hərbi geyimlərdən sui-istifadə etmək yolverilməzdir. Fikir versəniz, ordudan təxris olunmuş insanların bir qismi də özlərini göstərmək üçün hər yerə hərbi formada gedirlər. Hansı ki, axtarsan həmin şəxslərin çoxu fərari çıxar. Əsl qazilər, döyüşçülər belə şeylərlə diqqət mərkəzinə gəlməyi xoşlamırlar. Döyüş yolu keçən şəxslərin paradlarda, hərbi tədbirlərdə medallarını taxmaq üçün hərbi forma geyinməsi başadüşüləndir. Amma metroya, bulvara, hansısa yas, toy məclisinə hərbi geyimlə getmək etik deyil. Düzdür, ortada dələduzluq faktı olmadığı müddətdə hərbi geyimdə gəzdiyi üçün kimisə cəzalandırmaq doğru deyil. İnsanlarımız özləri diqqətli olmalı və bu cür həssas mövzular üzərindən reytinq yığmamalıdır. Hərbi geyim konkret xidmət göstərən insanlara aid bir formadır. Heç bir tələb olmadığı halda kimlərinsə özünü vətənpərvər kimi göstərmək üçün bu geyimi geyinməsi səmimiyyətdən uzaqdır”.
Deputat deyib ki, hərbi geyimdən dələduzluq məqsədi ilə istifadə edənlərə gəldikdə isə onlarla bağlı ciddi addımlar atılmalı, sərt cəzalandırılmalıdırlar. Bununla bağlı Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilməlidir. Onlara qarşı ən ağır cəzalar verilməlidir ki, bu tendensiya ənənə halını almasın.
Hərbi formaların açıq satışda olduğunu vurğulayan millət vəkili onları əldə etməyin elə də çətin olmadığını deyib: “Hətta hərbiçilərin özləri belə formalarını adi mağazalardan alır deyə onun satışını məhdudlaşdırmaq mümkün deyil. Bu məsələdə cəmiyyət ayıq-sayıq olmalı, hərbi geyimlə dələduzluq edən ünsürlərin ifşasında müvafiq qurumlara dəstək verməlidir. Əgər kiminsə qonşusu bu cür fırıldaqlıqla məşğuldursa, buna qarşı həssas olmalı və aidiyyəti qurumların diqqətinə çatdırmalıdır ki, başqaları da zərər görməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm