“Dəmir qanadlı” şəhidin övladları DSMF direktoru ilə bir gün keçirdi
Yusif Nəzərli
12:59 07.10.2021
Cəmiyyət
495
Azərbaycan Televiziyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan “Tut əlimdən”in budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov olub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, H.Məmişov İkinci Qarabağ müharibəsi şəhidi, “Dəmir qanadlı” ləqəbli pilot Ramiz Qasımovun övladları ilə bir gün keçirib.
Şəhidimizin Gülanə və Gülay adında iki qızı, Vaqif adında oğlu var.
DSMF direktoru bildirib ki, layihənin hər buraxılışda bir məmur şəhid övladları ilə vaxt keçirir, onların qayğıları ilə maraqlanır: “Uşaqlarla keçirdiyim gündən çox xoş təəssürat aldım. İnanıram ki, onlar da mənimlə keçirdikləri gündən zövq alıblar”.
“Tut əlimdən” bu gün – oktyabrın 7-si saat 18:30-da AzTV-də yayımlanacaq.
Qeyd edək ki, layihənin məqsədi şəhid əmanətlərinin (gələcəkdə digər həssas əhali qruplarından olan azyaşlıların) daim diqqət və qayğı əhatəsində olduqlarını, bundan sonra da daim dövlətin, ümumilikdə isə cəmiyyətin dəstəyini yaxından hiss edəcəklərini vacib mesaj olaraq çatdırmaqdır.
Layihənin hər bölümündə vəzifəli yaxud ictimaiyyət tərəfindən tanınan hər hansı şəxs bir gününü şəhid övladları (7-14 yaş) ilə keçirəcək, uşaqların qayğılarını bölüşəcək, onların asudə vaxtının faydalı keçməsinə dəstək olacaq.
“Tut əlimdən” layihəsinin ilk buraxılışı sentyabrın 30-u yayımlanıb.
Layihənin növbəti qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olacaq.
Vətən naminə canını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək daim onların yanında olduğumuzu bir daha göstərək!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət