Deputat:“Nöqsanların qarşısının alınması bələdiyyə üzvləri və bələdiyyə sədrlərinin məsuliyyətindən asılıdır”
Deputat:“Nöqsanların qarşısının alınması bələdiyyə üzvləri və bələdiyyə sədrlərinin məsuliyyətindən asılıdır”
Yusif Nəzərli
11:18 05.04.2022
Cəmiyyət
686
“Azərbaycanda bələdiyyə institutu çətin bir şəraitdə qurulub və fəaliyyətində uğurlu tərəfləri ilə yanaşı, uğursuz tərəflər də mövcuddur. Bu uğursuzluqların aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var.” Milli Məclisin deputatı Könül Nurullayeva Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsilə bağlı fikirlərini bölüşərkən belə deyib. Bildirib ki, Bələdiyyə fəaliyyətinin səmərəsi, ümumiyyətlə, vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi üçün çox güclü, dayanıqlı maliyyə və iqtisadi potensialı, gəlir mənbələri olmalıdır. Deputat bələdiyyə sahəsindəki bəzi problemlərə də toxunub:
“Bu problemlər həll olunmadığı təqdirdə, biz bələdiyyələrin hər hansı inkişafından və fəaliyyətinin səmərəsinin artırılmasından danışa bilmərik. Bələdiyyə vergilərinin ödənilməsi müəyyən qaydada Vergi Məcəlləsi ilə tənzimlənir. Ancaq bələdiyyə ödənişlərini ödəməyənlərə qarşı təsir mexanizminin olmaması bələdiyyələrin maliyyəsinə ciddi şəkildə ziyan vurur. Buna görə də bələdiyyə ödənişlərinin ödənilməsini təmin etməyə yönəlmiş mexanizm müəyyənləşdirilməli və tətbiq olunmalıdır”.
K.Nurullayeva bəzi bələdiyyələr tərəfindən tədiyyə bildirişlərinin və yaranmış borclar haqqında xəbərdarlıqların ödəyicilərə “sms” vasitəsilə göndərilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd edib ki, bütün bələdiyyələrin də bu iş üsulundan istifadə etməsi məqsədəuyğun olardı.
“Bələdiyyələrin fəaliyyətinin canlandırılması, nöqsanların qarşısının alınmasının ilk növbədə bələdiyyə üzvlərinin və daha çox bələdiyyə sədrlərinin məsuliyyətindən asılıdır” deyən millət vəkili hesab edir ki, bəzi bələdiyyə sədrlərinin cəza alması, məhkəmələr qarşısında cavab verməsi də məhz məsuliyyətsizlikdən, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmin olunmamasından irəli gəlir: “Hesabatdan da görünür ki, Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq onlara korrupsiyaya qarşı təlimlər keçirilməsinə, habelə maarifləndirici materialların hazırlanmasına baxmayaraq, bəzi vəzifəli şəxslər yenə də bu növ cinayətləri törətməkdən çəkinmirlər. Fikrimcə, bu sahədə maarifləndirmə daha da artırılmalıdır.”
Könül Nurullayeva bələdiyyə sahəsində Türkiyə təcrübəsini xatırladıb. Bildirib ki, yerli özünüidarəetmə sahəsində qardaş ölkənin bələdiyyələri ilə aparılan görüşlər, təcrübə mübadiləsi həmin bələdiyyələrin müsbət təcrübəsinin öyrənilməsində və təbiqində mühüm rol oynayır:
“Hesab edirəm ki, xarici ölkələrin yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və təbiqi üçün belə görüşlər və proqramlar davamlı şəkildə həyata keçirilməlidir.”
Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım haqqında vəsaitlərin hazırlanmasını da müsbət dəyərləndirən K.Nurullayeva maarifləndirici dəstək tədbirlərinin davam etdirilməsini vacib hesab edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə