DİN-dən Şirvan Şəhər Polis Şöbəsində işgəncə ilə bağlı iddialara CAVAB
Yusif Nəzərli
13:23 20.01.2023
Cəmiyyət
458
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dünən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz həbs olunduğunu iddia edir.
Bu barədə vəkil Ramil Rüstəmov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Paylaşımda qeyd edilib ki, həbs olunan şəxsin qohumları bildiriblər ki, ona şöbədə işgəncə verilib:
“40 dəqiqədən çoxdur ki, vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuz təmin olunmur. Müstəntiq deyir prokuror icazə vermir. DİN-in “102” Çağrı Mərkəzi və Baş Prokurorluğun “961“ qaynar xəttinə şikayətlər etmişəm. Hələ də xəbər yoxdur.
Prezident Administrasiyasının qaynar xəttini götürən yoxdur. Vəkilin və təqsirləndirilən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının 6, Konstitusiyanın 61, Cinayət prosessual Məcəllənin 91, 92-ci maddələrinin tələblərini pozurlar. Hesab edirəm ki işgəncə faktı olduğuna görə görüş vermirlər, hansısa qabaqlayıcı tədbir görməyə çalışırlar.
Hüququmuzun təmin olunması üçün dərdimizi kimə deyək bilmirəm. Biabırçılıqdır. Bu ölkədə vəkil pozulan hüquqları ilə aidiyyəti qurumlara şikayət verir, baxan ,yoxdursa demək insanlar çarəsiz duruma salınıblar. Hüquq islahatından söhbət gedə bilməz. Növbəti dəfə “102” Çağrı Mərkəzinə yığdım. Bir onu deyirlər ki, qeydiyyata almışıq, gözləyin. Çarəsiz duruma salınmışıq”.
İrəli sürülən iddialarla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb:
“Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. E.Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi ilə bağlı qeyd edilən iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir. Bundan əlavə vəkil R.Rüstəmovun vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır.
Belə ki, vəkil polis şöbəsinə order təqdim edən zaman müstəntiq saxlanılan E.Quliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sonuncu ilə birlikdə aidiyyəti üzrə şəhər prokurorluğuna, daha sonra isə şəhər məhkəməsinə yollanıblar. Bu zaman vəkil R.Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə