Diqqət! Dəvətlisiniz! Nadir Şah Babamızın Bütöv Azərbaycan sevdası uğruna

Diqqət! Dəvətlisiniz!

- 25 mart tarixində

- Sabirabad rayonunun Cavad kəndində, Kür və Araz çaylarının qovuşduğu müqəddəs məkanda toplaşırıq.

Bu torpaqlar tariximiz üçün xüsusi əhəmiyyət daşıyır. Məhz burada böyük sərkərdə Nadir Şah Afşar özünü şah elan etmişdi. Türk tarixində Turançılıq idealları ilə dünyanın yarısına hökm etmiş əcdadımızı ehtiramla xatırlayacağıq.

Bu görüş həm də Bütöv Azərbaycan ideologiyasının, Türk törəsinin və Türk qardaşlığının ruhunu yaşatmaq üçün keçirilir. Bu gün Türk dünyasının birlik və həmrəyliyə hər zamankından daha çox ehtiyacı var.

- Tədbir proqramı:

- Ox yarışı

- At yarışı

- Güləş

- Ozanlarımızın saz deyişməsi

- Ocaq üstündə isti yeməklər və çay

- İştirak tamamilə pulsuzdur.

Azərbaycan bayraqları ilə, Oğuz tayfalarının bayraqları ilə gələn, tədbirə dəstək göstərmək istəyən hər kəsi gözləyirik.

- Türk millətinin kimliyini yaşatmaq uğrunda hər bir qardaşımız və bacımız – ailənizlə birlikdə dəvətlisiniz.

Gəlin birlikdə tariximizi xatırlayaq, birliyimizi gücləndirək!

Əlaqə üçün 070 289 88 39