Dövlət qurumunda yeni TƏYİNAT
Yusif Nəzərli
06:40 07.10.2021
Cəmiyyət
311
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə (TKTA) yeni üzv təyin edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Həmin əmrə əsasən, Murad Əhmədov Agentliyin İdarə Heyətinin üzvü təyin edilib.
Qeyd edək ki, Murad Əhmədov 1999-2001-ci illərdə Xəzər Universitetində təhsil alıb. 2002-2005-ci illərdə Mərkəzi Bankda, 2012-2015-ci illərdə “Pasha Holding”də və bir sıra digər şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda isə “Azmade Group” MMC-də İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Xatırladaq ki, Agentliyin Nizamnaməsinə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmə prosesində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. TKTA-nın işinin təşkili, funksional idarəçiliyin həyata keçirilməsi, Agentliyin səmərəli idarə olunması, şəffaf və çevik təşkilati strukturun qurulması, İdarə Heyətinin üzvləri arasında işəgötürənlərin bir nəfər ictimai əsaslarla fəaliyyət göstərəcək nümayəndəsinin olmasının və İdarə Heyəti səlahiyyətlərinin effektiv və funksional həyata keçirilməsinin təmin edilməsi olduqca vacib hesab olunur.
Murad Əhmədovun təyinatı ilə Agentliyin İdarə Heyəti üzvlərinin sayı tam şəkildə formalaşdırılıb. M.Əhmədovun yeni təyinatı TKTA-nın inkişaf istiqamətlərinin, strateji məqsəd və planlarının tənzimlənməsində mühüm töhfələr verəcək.
Qeyd olunan məlumat Oxu.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təsdiqlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət