“Dövlət şəhid ailələri və qaziləri unutmur”
Yusif Sultanoğlu
15:00 07.01.2021
Cəmiyyət
735
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2020-ci ilin yekunlarına həsr olumuş müşavirədə Milli qəhrəmanlarımızın təqaüdlərindən danışıb. Nazir qeyd edib ki, onların təqaüdü artırılaraq 1800 manata çatdırılıb.
O, həmçinin İkinci Qarabağ müharibəsində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlərin 7 min şəxsi əhatə etdiyini söyləyib. Nazir bildirib ki, 2300 şəxsə sosial ödənişlər təyin olunub. 2000 şəhid və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib.
Bütün bunlar onu göstərir ki, dövlət həm şəhid ailələrindən, həm də qazilərdən diqqətini, qayğısını əsirgəmir.
Məsələ barədə “Sherg.az”a danışan Qarabağ qazisi Natiq Mehdiyev də dövlətin qaziləri və şəhid ailələrini unutmadığını vurğulayıb:
“Lakin şəhid ailələri və qazilərdə narazılıq yaradan məmurlar var. Onlar şəhid ailəsinin, qazinin probleminə laqeyd yanaşır. Əslində vicdanla, şərəflə işlərini icra etsələr, problemlər həllini tapar. Lakin bəzi məmurlar qazi və şəhid ailələrinin ehtiyacları ilə maraqlanmırlar. Nəticədə sosial şəbəkələrdə bu nöqsanlar gündəmə gəlir.
Bu, həmin məmurların günahıdır. Daim bizə qayğı göstərdiyi üçün dövlət başçımıza təşəkkürlərimi bildirirəm. Tanıdığım qazilərin, şəhid ailələrinin adından minnətdarlığımı çatdırıram. Və bəzi dövlət məmurlarına səslənirəm. Siz də hökümətimizin məmurusunuz, bu torpağın nümayəndəsisiniz.
O şəhid ailələrinə, qazilərə biganə yanaşmayın. Onların oğulları, qardaşları torpaq uğrunda can veriblər. Hamısı bizim üçün, bu torpaqda firavan yaşayaq deyə canlarından keçiblər.
Şəhid ailələrinə diqqət göstərək. Hamımız onların qulluğunda durmalıyıq. Hər biri bizim doğmamız, əzizimizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət