Dövlət vəsaiti hesabına inşa edilən evlərlə bağlı FƏRMAN
Yusif Nəzərli
15:26 07.04.2022
Cəmiyyət
644
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" fərman imzalayıb.
Bu barədə AZƏRTAC məlumat verib.
Fərmanla yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidirlər.
İqtisadiyyat Nazirliyi fərmanda nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməli, fərmanda nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətlərinə baxılarkən yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının inşa edildiyi torpaq sahələri bələdiyyə mülkiyyətində olduğu hallarda həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüsü barədə məlumatları belə halın aşkar edildiyi tarixdən bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edildiyi hallarda həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etməli, fərmanın bəndlərinin icrası ilə bağlı görülən işlər barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyinin fərmanın bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılmasını təmin etmək, fərmanın yarımbəndində göstərilən hallarda, habelə zərurət olduğu hallarda fərmanın yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsini təmin etmək, yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tədbirlər görsün və bu barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə