Dünyanın ən yaşlı əkizləri

 Dünyanın ən yaşlı tək "yumurta əkizləri" Ginnesin Rekordlar Kitabına düşüb.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, Yaponiyada yaşayan Umeno Sumiyama və Koume Kodama düz 107 il 300 gündür həyatdadırlar.
Sumiyama və Kodamanın 5 Noyabr 1913-cü ildə Shodoshima adasında dünyaya gəldikləri bildirilir. Əkiz bacılar epidemiya səbəbiylə Yaponiyada ayrı qocalar evində yaşayır. Ginnes tərəfindən hazırlanan sertifikatlar COVİD- 19 tədbirləri görüldükdən sonra əkizlərə göndərilib.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, əkizlərin insanlarla çox yaxşı münasibətləri var. Sumiyamanın 4, Kodamanın isə 3 övladı var.

Yeganə Bayramova