Ermənistan ordusu və cəmiyyətində yaranmış xaotik durumla bağlı “Sherg.az”a danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, ermənilərin insan resursu hər zaman az olub. Onun sözlərinə görə indi də müzəffər ordumuzun düşmən hərbi birləşmələrini məhv etməsi onları yeniyetmə və qadınlardan istifadə etməyə məcbur edir:
“Düşmən terrorçu, qadın və yeniyetmələrdən istifadə edir” - Nəticə olmayacaq !
07:55 28.10.2020
Cəmiyyət
554
Sentyabrın 27-dən başlayaraq ermənilərin növbəti təxribatına qarşı əks-hücuma keçən Azərbaycanın müzəffər ordusu Erməni ordusunu acınacaqlı duruma salıb. Ordumuzun qarşısında duruş gətirə bilməyən ermənilər hər gün yeni təxribata əl atır. Onlar terrorçu qruplaşmalarını, qadınları, indi də yeniyetmələri orduya cəlb edirlər. Qeyd edim ki, Paşinyanın arvadı Anna Akopyan da dünən 13 erməni qadını ilə birgə təlimlərə başlayacağını, sonra isə Qarabağda döyüşəcəklərini açıqlayıb. Bu çağırış erməni qadınlarını döyüşə getməyə “ruhlandırmaq” istəyindən başqa bir şey deyil.
Ermənistan ordusu və cəmiyyətində yaranmış xaotik durumla bağlı “Sherg.az”a danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, ermənilərin insan resursu hər zaman az olub. Onun sözlərinə görə indi də müzəffər ordumuzun düşmən hərbi birləşmələrini məhv etməsi onları yeniyetmə və qadınlardan istifadə etməyə məcbur edir:
“Onlar bütün cəbhə boyu müharibə aparmaq gücündə deyillər. Əvvəl təmas xətti var idi, müəyyən qədər “güc”lərini orada yerləşdirə bilirdilər. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, şimal cəbhəsi-bütün cəbhə boyu döyüşlər getdiyi üçün onlar əlavə “qüvvələr”dən istifadə etməyə məcbur olurlar. Amma bunun da heç bir effekti olmayacaq. Çünki artıq ermənilər döyüşə qatılmaq istəmirlər. Onların heç vaxt güclü ordusu olmayıb, güclü ordu adlandırdıqları kəşfiyyatçılar, xüsusi təyinatlıların hamısı məhv edilib”.
E. Həsənli, həmçinin bildirib ki, ermənilər terrorçu, qadın və yeniyetmələrdən istifadə edərək hərbi hissələrini komplektləşdirməyi düşünürlər. Amma bunun da heç bir nəticəsi olmayacaq:
“İllərlə hazırlanmış, təlim görmüş əsgərləri bir nəticə əldə edə bilmədisə, bütün yüksəklikləri itirdisə, əlavə qüvvələr orada heç bir şey edə bilməyəcək”.
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm