Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Polşada Baş nazir Donald Tuska dəstək ifadə etmək üçün prezident Karol Navrotski ilə keçirilməsi nəzərədə tutulan birgə mətbuat konfransında iştirak etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, Fon der Leyen cümə axşamı günü Polşa, Çexiya, Slovakiya və Macarıstan prezidentlərinin Slovakiyanın Trençin şəhərində keçirilən görüşündən sonra jurnalistlərə müraciət etməli idi. Avropa Komissiyasının sədri əvvəlcə görüşdə ümumiyyətlə iştirak etməməyi planlaşdırmışdı, lakin mənfi reaksiyadan qorxaraq fikrini dəyişmişdi.
Bunun əvəzinə, o, Tuska dəstək olmaq və Avropa Birliyinin Navrotskinin mövqeyini bəyəndiyi təəssüratını yaratmamaq üçün mətbuat konfransında iştirak etməmək qərarına gəldi.
Lakin Avropa Komissiyasının sözçüsü Paula Pinault bildirib ki, fon der Leyenin iştirak etməməsi uzun müddətdir davam edən cədvəl problemi ilə əlaqədardır və Polşadakı son hadisələrlə heç bir əlaqəsi yoxdur.
Oktyabrın 31-də Tusk Navrotski və ölkənin keçmiş prezidenti Anjey Dudanı Polşada hüququn aliliyini məhv etməkdə ittiham edib. O, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla bağlı məsələdə kompromisə getməyəcəyini vurğulayıb.