
Əkilən məhsul daxili tələbatı tam ödəmir
Yusif Nəzərli
05:34 19.04.2023
Cəmiyyət
418
Ona görə bazarlarda Pakistan kartofları meydan sulayır
“Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır”
Paytaxtda əhali kartof və soğanın qiymətinin baha olmasından narazıdır.
Hazırda bazarlarda kartofun 1 kiloqramı təxminən 1,50-3 manata, soğanın 1 kiloqramı isə 1,30-1,70 manata satılır.
Bəs qiymətinin baha olması nə ilə əlaqədardır?

İqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında yeni məhsullar bazara çıxanda kartof-soğanın ucuzlaşacağını deyib: “Hazırda piştaxtalarda ölkəyə Pakistandan idxal olunan kartof üstünlük təşkil edir. Əvvəllər isə Azərbaycana kartof, əsasən, Belarusdan, Rusiyadan, Ukraynadan gəlirdi. İndi heç İran kartoflarını da bazarda görmürük. Tələbatı Pakistan kartoflarının hesabına ödəyirlər. Məsafə baxımdan isə ora uzaqdır, amma itirilmiş bir bazarı digəri ilə əvəz etməyə məcburuq. Bu da qiymət artımına təsir edir.
Eyni zamanda dünyada gedən bahalaşma prosesi təbii olaraq kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edir. Həm də ki, ölkəmizdə əkilən məhsullar, əsasən, Rusiya bazarlarına gedir və daxili tələbatı ödəmək üçün Pakistandan kartof almalı oluruq. Yəni görünən odur ki, əkilən məhsul daxili tələbatı tam ödəmir və məhsulun qiyməti artmağa başlayır. Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır. Amma ölkəmizdə anbarlar az olduğundan ora qoyulan məhsullar da bazara çıxarıldıqda qiymətə təsir etmir. Yəni anbarların az olması qiymətin yüksək olmasına gətirib çıxarır. Digər amil isə anbarlarda texniki dəstək qiymətinin də yüksək olmasıdır. Azərbaycan kənd təsərrüfatı dərmanlarını da xaricdən alır və bu da qiymət artımına təsir edən amillərdəndir”.
Soğanın niyə bahalaşmasına gəldikdə isə R.Qarayev deyib ki, bu da kənd təsərrüfatında düzgün proqnozlaşmanın olmamasından irəli gəlir:
“Sahibkarın xarici bazara çıxışının məhdudlaşması, soğan saxlamaq şəraitinin məhdud olması səbəblərindən kəndli soğanı az əkir. Buna rəğmən may ayında soğanın da qiymətinin aşağı düşəcəyini güman edirəm. Bazara təzə kartof, soğan çıxanda, təbii ki, qiymətlərdə də enmə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region