Ekspert aydınlıq gətirdi: “Ət və ət məhsulları virus daşıyıcısı ola bilər”
13:25 08.01.2021
Cəmiyyət
751
Əhalinin ət və ət məhsullarına tələbatı çoxdur. Bu məhsullar nəzarətsiz qalarsa, insanlar üçün xəstəlik mənbəyi ola bilər. Bəzən satıcılar özləri də, bundan məlumatsız olurlar. Ölkəyə gətirilən ət və ət məhsullarının nəzarətsiz qalma hallarının yaşanmaması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qərarlar qəbul edir, tədbirləri gücləndirir.
Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.
AQTA-dan bildirilib ki, Bolqarıstanın Blaqoyevqrad, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Maraqlıdır, qəbul edilən qərar xəstəliklərin yayılmasının qarşısını almağa təsir göstərəcəkmi?
Bu barədə “Sherg.az”a danışan qida təhlükəsizliyi üzrə ekspert Vahid Həsənov qeyd edib ki, ət və ət məhsulları mikrob, virus daşıyıcısı ola bilər. Görünür, AQTA ehtiyat tədbirləri görür:
“Bununla yanaşı, inanmıram ki, AQTA-da ət və ət məhsullarında virusu müəyyən edən metodologiya olsun. Heç koronavirusun özü yaxşı tədqiq olunmayıb və vaksinasiyası da yoxdu. Qərarın düzgünlüyünü 50/50-yə dəyərləndirirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm