
Ekspert: Son bir ildə daşınmaz əmlakın qiymətində artım dayanıb
11:46 23.01.2025
Cəmiyyət
642
Daşınmaz əmlak bazarında durğunluq olsa da qiymətlər artıb.
Xəzər TV bildirir ki, qiymətlər paytaxtla müqayisədə Bakı ətrafı ərazilərdə daha çox hiss olunur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mütəmadi olaraq daşınmaz əmlakın qiyməti ildə 10-20 faiz artır. Lakin qiymət artımı əsasən ipoteka kreditlərinin verildiyi dövrə təsadüf edir.
Onun sözlərinə görə, paytaxt ərazisində ipoteka predmentinə çevirlən daşınmaz əmlak növü az olduğundan qiymət artımı daha çox Bakı ətrafı ərazilərdə hiss olunur.
Elnur Fərzəliyev onu da qeyd edib ki, ötən ilin son ayından etibarən daşınmaz əmlak bazarında durğunluq yaranıb. Lakin hazırda qiymətlərdə artım müşühidə olunsa da, gələcəkdə bu səbəbdən də qiymətlərin enməsi qaçılmaz ola bilər.
Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, son bir ildə daşınmaz əmlakın qiymətində artım dayanıb:

“Əgər biz 2021, 2022 və 2023-cü ilin dinamikasını izləsək, həmin illər ərzində orta hesabla daşınmaz əmlakın qiyməti hər ilin son nəticəsinə görə 10-15 faiz arasında artdığını müşahidə edərək. Səbəb də o idi ki, həmin illərdə tikinti şirkətləri üçün inşaat normativləri sərtləşdirildi, inşaat materiallarının qiyməti qalxdı və pandemiyadan sonra böyük bir əmlak almaq üçün bazara çıxdı. Tikinti şirkətlərindən, çıxarılan daşınmaz əmlakın sayı məhdud və rəqabət də az olduğuna görə qiymət artımı davam etdi. Yəni artımda ən başlıca səbəbkarlar tikinti şirkətləri oldu. 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayında isə artıq ipotekaların verilməsi dayandırıldığı üçün qiymət artımı dayandı. Yəni düz bir il qabaq qiymət artımı son üç ilin dinamikasına görə dayanıb. Səbəb də o idi ki, artıq banklar ipoteka büdcələrindən istifadə edib, bitirmişdilər və bazarda alıcılıq qabiliyyəti olanlar isə artıq bazara çıxıb öz əmlaklarını almışdılar. Bir çox vətəndaşlar qiymət artımını görüb ipotekalara çoxlu sayda müraciət edirdilər. Yəni 2024-cü il ərzində qiymət artımı müəyyən seqmentlər üzrə izləndi. Ələxsus elə ərazilərdə qiymət artımı oldu ki, orada tələbat yüksək təklif, az idi. Məsələn coğrafi olaraq inkişaf edən ərazilərə Sea Breeze-ni aid etmək olar. Sea Breeze ərazisində qiymət artımı həqiqətən də yüksək oldu. Səbəb də orada yaradılan infrastrukturla bağlı idi. Digər ərazilərdə ilin nəticələrinə görə 5-10 faiz arasında qiymət artımı müşahidə edildi və bu labüd bir göstəricidir. Başlıca səbəblərdən biri isə tikinti layihələrinin az olmasıdır. Rəqabət az olduğuna görə bu kimi az həcmdə olan tendensiya davam etməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya