Ekspert uşaq pulunun vauçerlə əvəzlənməsini təklif edir: Daha optimaldır
Banuçiçək Kalbalıyeva
09:09 03.05.2020
Cəmiyyət
619
Son altı gündə ikinci dəfədir ki, paytaxtdakı apteklərdən uşaq qidaları oğurlanır. Bu, cinayət hadisəsi olmaqla bərabər, həm də başqa bir mətləbə aydınlıq gətirir: deməli, uşaqlı ailələrin sosial vəziyyətləri ağırdır. Koronavirus pandemiyasının mənfi təsirləri isə onlara əlavə zərbə oldu.
Bu hadisələrin fonunda bir müddət əvvəl parlamentdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimlinin uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlər istər- istəməz yenidən müzakirə olunur, gündəmə gəlir. Bəs uşaq pulu, həqiqətən, məsələni həll edə biləcəkmi? Bu mexanizm necə qurulmalıdır?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, burada differensial yanaşmaya ehtiyac var:
"Mən bu barədə dəfələrlə danışmışam. Zənnimcə, bütün uşaqlı ailələrə az miqdarda vəsait verilməkdənsə, onların bir qisminə- doğrudan da, ehtiyacı olanlara nisbətən böyük miqdarda pul verilməsi daha məqsədəuyğundur. Düzdür, belə olan halda bərabərlik prinsipi aradan qalxacaq. Amma pozitiv ayrı- seçkiliklə əvəz olunacaq. Düşünürəm ki, ikinci daha vacibdir. Onu da deyim ki, həmin ailələri müəyyənləşdirmək o qədər də çətin olmamalıdır. Əsas meyar kimi ailədəki uşaq sayı və sosial təminat nəzərə alınmalıdır".
Ekspert uşaq pulunun ödənməsinin daha optimal yolu olduğunu düşünür: "Ailələrə nağd vəsait yox, xüsusi vauçerlərin verilməsini təklif edərdim. Çünki bəzən valideynlər uşaq pulundan özləri üçün istifadə edə bilirlər. Lakin nağd pul mağazalardan, marketlərdən yalnız uşaq geyimləri, ərzaqları almağa imkan verən vauçer sistemi ilə əvəzlənsə bu problem həll olunar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
09:51 17.05.2026
Cəmiyyət
Rusiya iqtisadiyyatı 3 ildən sonra ilk dəfə kiçildi
09:44 17.05.2026
Dünya