Elçin Qəmbərov azadlığa buraxıldı
Yusif Nəzərli
14:40 18.04.2023
Cəmiyyət
383
510 min manatlıq dələduzluğa görə həbs edilmiş tanınmış vəkil Elçin Qəmbərov azadlığa buraxılıb.
Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E.Qəmbərovun cinayət işinə xitam verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edilib ki, Elçin Qəmbərov zərərçəkmişlə barışıb və dəymiş ziyanı ödəyib.
Xatırladaq ki, Qəmbərov həbsdə olan MTN generalı Mövlam Şıxəliyev həbs olunan zaman onun oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun qarşılığında sabiq “MTN-çi”ni həbsdən buraxdıracağına dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.
Elçin Qəmbərov “Mərkəz" Vəkil Bürosunun rəhbəridir.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-in 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb ediliblər. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş M.Şıxəliyev 12 il müddətə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region