Ələsgər Əliyev təqaüdə göndərilib
Yusif Nəzərli
07:13 18.07.2023
Cəmiyyət
257
2023-cü il iyulun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Ələsgər Əliyevin təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Ələsgər Əliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib, 2008-ci ildən isə Ali Məhkəmənin hakimi təyin olunub. O, ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə töhfə verib.
İnam Kərimov Ələsgər Əliyevə uğurlar arzu edərək, onun gələcəkdə də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.
Tədbirin digər çıxışçıları da Ələsgər Əliyevin fəaliyyətini yüksək qiymətləndirərək, ona uğurlar arzu ediblər.
Sonda təqaüdə yola salınan hakim Ələsgər Əliyevə Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski növbəti danışıqların vaxtını açıqladı
18:50 11.02.2026
Dünya
Qiymətlərin qalxması davam edəcək - İqtisadçı
18:36 11.02.2026
Aktual
İran mediası 21-ci əsrdə, düşüncə isə orta əsrlərdədir - ŞƏRH
18:30 11.02.2026
Gündəm
150-dən çox məktəbə direktor təyin olunur
18:24 11.02.2026
Elm və Təhsil
Ömrünü xidmətə çevirən şəxsiyyət
18:21 11.02.2026
Cəmiyyət
Nəriman "Qarabağ"a təşəkkür etdi
18:17 11.02.2026
Futbol
Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb
18:10 11.02.2026
Dünya
Azərbaycan neytrallığını qoruyacaq - Hərbi ekspert
18:06 11.02.2026
Gündəm
Paşinyan Azərbaycana dəmir yolu üçün fərqli istiqamət təklif etdi
17:52 11.02.2026
Aktual
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNDİ
17:38 11.02.2026
Gündəm
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya