Elxan Şahinoğlundan yeni kitab: “Dəmir Yumruq”
13:35 24.01.2021
Cəmiyyət
670
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyi “Dəmir Yumruq” kitabı çapdan çıxıb.
"Sherg.az" xəbər verir ki, bu müəllifin Dağlıq Qarabağ mövzusuna həsr etdiyi 3-cü kitabıdır.
Kitabın ön sözlərində bu cümlələr yer alıb: “Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı aparılan danışıqlar dalana dirənmişdi. Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin Azərbaycana qarşı təxribatları artırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Şuşaya mütəmadi gəlişləri, Azərbaycanın qədim şəhərində yallı oynaması, Dağlıq Qarabağ “prezidentinin andiçmə mərasimini” Şuşada keçirməsi və separatçıların parlamentini də qədim şəhərimizə köçürməsini bəyan etməsi müharibənin qaçılmaz olduğunu göstərirdi. Ermənistan silahlı qüvvələrinin iyul ayında törətdiyi təxribat səbir kasamızı daşıran son damla oldu”.
Kitabda müharibənin başlanması səbəbləri, müharibə günlərində aparılan danışıqlar və bunların nəticələri, o cümlədən böyük dövlətlərin (Türkiyə, Rusiya, İran və Fransa) prosesə təsiri analiz edilib. Kitabda 10 noyabrda baş verən 3 hadisə də araşdırılıb.
Həmin gün Rusiyanın təşəbbüsü ilə bəyanat imazalandı, Naxçıvanla sərhəddə helikopter vuruldu və Bakını hədəf alan raket zərərsizləşdirildi. Kİtabda bu 3 hadisə arasında əlaqə araşdırılır. Və ya müharibə günlərində ABŞ səfirliyinin Bakıda terror xəbərdarlığı nəyə əsaslanırdı? Digər sual: Rəsmi Bakı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsindən imtina edə bilərdimi və imtina edərdisə hansı nəticə ilə üzləşərdi? Müəllif kitabda bu və digər suallara da cavab tapmağa çalışıb.
Elxan Şahinoğlunun “Dəmir Yumruq” kitabını “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz “Libraff” kitab mağazasında (Hüseyn Cavid parkının yanı) əldə etmək mümkündür. Kitab pulsuzdur. İstənilən oxucu “Dəmir Yumruq” kitabını mağazaya yaxınlaşıb heç bir ödəmə etmədən götürə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya