Əməkdar artist uşaq xəstəxanasından şikayətləndi: “Soyuqdan tir-tir əsirik” - FOTO
Yusif Nəzərli
13:18 29.10.2021
Cəmiyyət
107
“İki gündür nəvəmin səhhəti ilə bağlı, müalicə alması üçün Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasında qalıram. Çox təəssüf ki, xəstəxananın istilik şəraiti və sanitariya qaydaları yoxdur”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə yazıb.
Nəvəsinin xəstə olduğunu və tibb müəssisəsinə yerləşdirildiyini bildirən aktrisa onun yanında qaldığını deyib. Xanlarova tibb mərkəzinin şəraitsizliyindən gileylənib:
“2 nömrəli uşaq xəstəxanasında soyuqdan tir-tir əsirik. Bilmirik uşağın qayğısına qalaq, yoxsa soyuğun dərdini çəkək. Harada görülüb ki, xəstəxananın yemək hazırlayanı həm sanitariya işlərinə baxsın, həm də gəlib xəstə körpələrə yemək paylasın? Virusun yayıldığı bu vaxtda nə dərəcədə düzgündür?
XXI əsrdə yaşamağımıza baxmayaraq, xəstəxanaya gedərkən özümüzlə birlikdə qızdırıcı aparmalıyıq? Palatada qızdırıcıdan yanğın hadisəsi baş versə, 3-cü mərtəbədən özümüzü necə xilas edəcəyik? Baş həkim başda olmaqla, bütün həkimlərdən razıyam. Amma bu soyuğa körpələr dözmür. Buz kimi su ilə uşaqlar necə təmizlənsinlər? Tək özüm üçün demirəm, bu xəstəxanada müalicə alan, imkansız ailələrin övladları var. Onların qayğısına qalmaq lazımdır. Əgər dediklərimin yalan olduğunu düşünən varsa, bütün mətbuat nümayəndələri gəlib xəstəxanada çəkiliş apara bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm