Ərdoğan "Cake Not Hate" kampaniyası ilə tanınan Coşua Harrislə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada başladığı "Cake Not Hate" ("Nifrət etmə, keks hazırla") kampaniyası ilə tanınan 12 yaşlı autizmli Coşua Harrisi qəbul edib.

Sherg.az xəbər verir ki, görüş İstanbuldakı Prezidentin Dolmabağça İş Ofisində keçirilib.

Coşua Harris Böyük Britaniyada müsəlmanlara qarşı nifrət hadisələrindən sonra məscidlərə keks paylayaraq həmrəylik mesajı verməsi ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Onun başladığı "Cake Not Hate" kampaniyası geniş rezonans doğurub.