Ərdoğanın 10-cu nəvəsi doğuldu

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğanın 10-cu nəvəsi doğulub.

Axşam.az xəbər verir ki, prezidentin qızı Sümeyye Ərdoğan Bayraktar və həyat yoldaşı Selçuk Bayraktar üçüncü övladlarını qucaqlarına alıblar.

Ərdoğan yeni doğulan nəvəsini görmək üçün xəstəxanaya baş çəkib. O, burada qızı və körpənin səhhəti ilə maraqlanıb, Bayraktar ailəsini təbrik edib.

Prezidentin xəstəxana ziyarətində həyat yoldaşı Emine Ərdoğan da onu müşayiət edib.

Qeyd edək ki, Sümeyye Ərdoğan Bayraktar və Selçuk Bayraktar cütlüyünün ilk övladı 2017-ci ildə dünyaya gəlib. Onların ikinci övladı isə 2024-cü ildə anadan olub. Yeni doğulan körpə ailənin üçüncü övladıdır.