Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törətdi

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğın Tərtər rayonunun işğal altında olan Talış kəndi ərazisində müşahidə edilir.
Cəbhə xəttində yerləşən Tərtərin Borsunlu kənd sakinlərinin APA -ya verdiyi məlumata görə, dağlıq yüksəkliklərdə müşahidə olunan alov daha geniş ərazilərə yayılır.