“Ermənilər torpaqlarımızda vəhşilik törədirlər” - Sülhməramlılar laqeyddirlər !
Banuçiçək Kalbalıyeva
15:29 16.11.2020
Cəmiyyət
676
“Beləliklə, sanki faşist Almaniyası dövründəki hadisələri təkrarlanır”
“Sülhməramlılar hələ ora tam yerləşməsələr də, duruma nəzarət etməli, lazım gələndə, reaksiya göstərməlidirlər”
Ermənistan hərbi-siyasi hakimiyyəti, nəhayət, məğlubiyyətini etiraf edərək, kapitulyasiyaya imza atdı. Lakin düşmənlər son nəfəslərində də rəzillik edirlər. Qınanılası deyil. Görünür, tarixi xislətlərindən, babalarından qalmış “miras”larından əl çəkə bilmirlər. Dediyimiz ənənələrini elə qoruyurlar ki, sanki əllərindəki torpaqlarımızı qoyub gedərkən tutduqları nəsnədir. Bilirsiniz niyə belə deyirəm? Çünki evləri, meşələri yandırır, ard-arda vəhşilik törədirlər. Bu barədə yayılan görüntülər əvvəlki cümlələrin bariz nümunəsidir.
Sabiq millət vəkili, hüquqşünas Çingiz Qənizadə işğalçıların növbəti vandallıqlarına dair fikirlərini “Sherg.az”la bölüşüb:
“Ermənilər hətta torpaqlarımızı tərk edəndə də vəhşilik törədirlər. Onlar təpədən-dırnağa yaramazlıqla məşğuldurlar. Hərçənd, biz dəfələrlə, elə Kəlbəcərdən çıxmaq üçün onlara vaxt verəndə də humanistlik göstərdik, güzəşt etdik. İşğalçılar belə hərəkətlərilə təkcə bizə yox, həm də təbiətə, kainata qarşı kinlərini ortaya qoydular. Beləliklə, sanki faşist Almaniyası dövründəki hadisələri təkrarlanır. Sülhməramlılar hələ ora tam yerləşməsələr də, duruma nəzarət etməli, lazım gələndə, reaksiya göstərməlidirlər. Amma laqeyddirlər. Ermənilərsə müharibə qanunlarını pozmaqdadırlar. Əlimizdən lənət oxumaqdan başqa heç nə gəlmir. Həm də Yaradan gec-tez onları cəzalandıracaq. Necə ki, ermənilər otuz il əvvəlki vəhşiliklərinin cavabanı indi verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm