Ermənilər Türkiyənin Hakmehmed kəndində də azərbaycanlılara qarşı soyqırım törədiblər - FOTOLAR
10:07 20.09.2020
Cəmiyyət
966
Türkiyənin İqdır şəhərinin Hakmehmed kəndində baş verən soyqırımın xatirə günü Qərbi Azərbaycan İcmasının üzvləri həmin kənddəki şəhidliyə baş çəkib, dəhşətli soyqırım zamanı şəhid olan insanların xatirələrini yad ediblər. Sherg.az xəbər verir ki, bu barədə təmsilçiliyin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.
Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir və təmsilçiliyin əslən qərbi Azərbaycandan olan digər üzvləri Hakmehmed kəndində soyqırım qurbanlarının xatirəsinə salınan şəhidliklə tanş olublar və ərazidə təmizlik işləri aparıblar. Davamlı olaraq şərqi Anadoluda ermənilərin qətlə yetirdiyi insanların uyuduğu torpaqları ziyarət edəcəklərini bildirən Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dərya Akdemir ziyarətin məhz Hakmehmed kəndindən başlamalarının xüsusi simvolik bir məna daşıdığını deyib. O, bildirib ki, bu kənddə qətlə yetirilənlərin demək olar ki, hamısı "qaçha - qaç" dediyimiz dövrdə, qərbi Azərbaycandan qardaş Türkiyə sərhədlərinə sığınan insanlardır və bu insanların başına gələnlər bəlkə də dünyanın heç br yerində yaşanmayıb:
"Düşünün, soyqırımdan canını qurtarıb başqa bir yerə pənah gətirirsən və bir neçə il sonra pənah gətirdiyin yerdə də yenə eyni soyqırımla üz - üzə qalırsan. Bəzi qaynaqlara görə, bu gün bu şəhidlikdə uyuyan 83, bəzi qaynaqlara görə isə 51 şəhidin tək suçu Türk olmaları idi, müsəlman olmaları idi. Diri - diri yandırılan, haqsız işgəncələrə məruz qalaraq qətlə yetirilənlər ermənilər tərəfindən qətlə yetirilən digər soydaşlarımız kimi dünyanın gecikmiş ədalətinin bir gün bərpa olunacağını gözləyir. Narahat ruhları bizi əməli işə səsləyir. Qoy ruhları şad olsun, biz Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi olaraq hər zaman onların qəsb edilmiş hüquqlarının, əllərindən alınan həyatlarının müdafiəçisi olacağıq. Bilirsiniz ki, əslən qərbi Azərbaycandan olan soydaşlarımızın böyük əksəriyyəti cənnət Türkiyəmizin sərhəd qapısı İqdıra yerləşiblər. Mən bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili, dəyərli ziyalımız Əziz Ələkbərli ilə və eyni zamanda icmamızın digər dəyərli ziyalıları ilə mütəmadi olaraq müzakirələr aparıram. İnşaallah, bu yaxınlarda bu ərazilərə köç edən qərbi azərbaycanlıların da haqq səslərini dünya eşidəcək. Bu gün bu şəhidlikdə uyuyan şəhidlərimizə isə Allahdan rəhmət diləyirəmj. Qoy ruhları bizim yardımçımız olsun".
Sonda şəhidlərimizin ruhuna dualar edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm