Ermənistan Qarabağı Azərbaycan kimi tanıyır - Ekspert
Yusif Nəzərli
13:07 25.07.2023
Cəmiyyət
561
Qarabağ separatçılarının düçar olduğu acınacaqlı durum ortaya çıxıb.
Bu barədə sosial şəbəkənin erməni seqmentində məlumat verilib. Bildirilib ki, separatçıların yanacaq ehtiyatları tükənib. Bu səbəblə iyulun 25-dən etibarən ictimai nəqliyyat fəaliyyətini tam şəkildə dayandıracaq.
Qarabağdakı ermənilərin şou düzəltməsinin ilk belə hal olmadığını deyən siyasi şərhçi Aqşin Kərimov “Sherg.az”a bildirib ki, onlar beynəlxalq aləmin diqqətini özlərini xəyal dünyasında tərtib etdiyi “humanitar böhran” vəziyyətinə çəkmək istəyirlər:
“Qarabağda böhran yoxdur və Azərbaycanın addımlarının sadə bir açıqlaması var. Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində suverenliyini bərpa etmək istəyir. Bunu edərkən ortada hansı mənzərə çıxırsa, onun günahı Azərbaycanda deyil, vaxtı ilə mövcud olmuş işğalçılıqda, separatçılıqda axtarmaq lazımdır. Çünki Azərbaycan Qarabağ ermənilərinin hüququnu Konstitusiyadan irəli gələn prosesdurların içərisində görür və bu o deməkdir ki, həmin məsələ Azərbaycanın daxili işidir. Bu, o mənaya gəlir ki, Azərbaycan mərhələlərdən birini də adlayıb. Yəni artıq Ermənistan Qarabağı Azərbaycan kimi tanıyır və 10 Noyabr Bəyanatının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi ilə bağlı müddəası üzrə tənzimləyici xüsusiyyətini itirir”.
Analitikin sözlərinə görə, separatçılarla Ermənistan Rusiyanın son zamanlar Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı dəxilsiz çağırışlarından ruhlana bilərlər, amma bunun artıq faydası yoxdur:
“Birincisi, ona görə ki, Prezident İlham Əliyev dediklərini edən və oyunçuları həmin nəticələrə razı salan biridir. İkincisi, Azərbaycan bir neçə dəfə antiterror əməliyyatları keçirib, bunun özü artıq postmünaqişə dövründə güc tətbiqinə dair presedentdir. Belə olan halda, tanınmamış, marginal qrupdan ibarət ünsürlər əhəmiyyətini tamamilə itirir. Hesab edirəm ki, hazırda Rusiya sülhməramlılarının regiondan çıxarılması üçün Azərbaycan aktiv fəaliyyət aparmalı və Moskvanın Qarabağda hərbi iştirakı üçün Kremlə bəhanə yaradan bütün kanalları bloklamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol